Milli brend yaratmaq asan məsələ deyil

 

Fəxriyyə Xələfova bu sahədə aktivlik göstərdiyini deyir

 

Avropaya inteqrasiyaya can atan modelyerlərimizin milli brendi təşəkkül dövrünü yaşaya bilmir. Hələ mağazalarda dünya markaları ilə yanaşı dayanan yerli istehsala rast gəlmək olmur. Bu sahədə fəallıq göstərən modelyer Fəxriyyə Xələfovanın Şərqi xatırladan parfüm istehsalı artıq həllini tapmağa yaxınlaşır. Milli brend barəsində isə modelyer "Kaspi"yə bəzi açıqlamalar verdi. Bu işin bir o qədər asan olmadığını diqqətə çatdıran modelyer: "Bildiyiniz kimi, Azərbaycanın ən məşhur modelyerlərinin hər birinin brendi moda evi var. Lakin moda sahəsində Avropaya dünyaya çıxış üçün yetərli nailiyyət əldə olunmayıb. Bunun üçün bir qədər çalışmalıyıq. Düzdür, brendləşmə prosesi son vaxtlar Azərbaycanda fəallaşmağa başlayıb. Bu, moda sahəsində çalışanların arzusudur. Lakin milli brend yaratmaq bir o qədər asan məsələ deyil. Bu biznes o qədər çətindir ki, fəaliyyətə başladınmı, dayanmamalısan formalar axtarıb tapmalısan. İstehsal edilən məhsullar, onların çeşidi digər məsələlər o qədər məsuliyyətlidir ki, xüsusi menecment tələb edir. Tək mənim yaradıcılığım adım bunu həyata keçirmək üçün kifayət etmir. Düşünülmüş strateyi bir menecment olmalıdır ki, marka yüksəlsin müxtəlif tələbatları ödəyə bilsin. Məsələn, bir nümunə çəkim. Uzun illər "Chanel" moda evi dodaq dırnaq boyalarının satışından bütün gəlirini əldə edir. "Dolce Qabbana" isə bütün gəliri krossovka cins geyimlərindən götürür. Amma həmin markalar təkcə adını çəkdiyim məhsulların istehsalı ilə məşğul deyil. Ümumiyyətlə, brendləşmə işi cox çətindir" - dedi.

Fəxriyyə xanımın əlavəsinə görə, avropalı modaçılar brend yaratmaq istəyənlərə şans yaradıb. Onun fikrincə, fürsəti qaçırmaq istəməyənlər Avropada 6 aylıq kurs keçə bilərlər. Özünün moda sahəsində kifayət qədər təcrübəsinin olmasına baxmayaraq Fəxriyyə xanım da həmin kursa yazılmaq niyyətində olduğunu gizlətmədi: "Etiraf edim ki bu işin gəlirini düşünmək lazımdır. Çünki brend təkcə istehsalat yox, eyni zamanda böyük reklam tələb edir. Modanın həmişə reklama ehtiyacı olub. Reklam strategiyası da maraqlı diqqətçəkən olmalıdır".

 

Kaspi.- 2008.- 25 iyun.- S. 16.