“Qurtuluş
savaşında azərbaycanlılar” adlı film
çəkilib
Türkiyənin 1919-1922-ci illərdə işğaldan azad edilməsi üçün
apardığı istiqlal
savaşı zamanı Azərbaycandan bu ölkəyə göstərilən
yardımlara həsr olunmuş 3 hissəli sənədli film çəkilib. İki ilə çəkilən
"Qurtuluş savaşında
azərbaycanlılar" adlı
filmin montajı tamamlanıb. Rejissorları
Əbdülhəmid Avşar
və Figən Baranoğlu olan filmin çəkilişləri
həm Azərbaycanda,
həm Türkiyədə
aparılıb, çəkilişlər
zamanı iki ölkənin arxivləri araşdırılıb. Birinci
hissədə istiqlal savaşından əvvəl
Balkan savaşlarında
Türkiyə-Azərbaycan
həmrəyliyi, ikinci
hissədə Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə itö
ölkə arasında
əlaqələr, üçüncü
hissədə Azərbaycanda
şura hökuməti
dövründə iki
ölkə arasında
münasibətlərə yer
verilib. Filmin bu ilin sentyabrında
TRT kanallarında yayımlanması
nəzərdə tutulub.
Səs.- 2008.- 7 iyun.- S. 12.