Mükərrəmoğlu M.

 

Böyük sənət ocağı

 

Azərbaycan kinosu, həqiqətən, çox şərəfli bir yol keçmişdir. Bu il 110 illik yubileyi qeyd olunacaq milli kinomuzun keçdiyi yola nəzər salanda ötən illər ərzində incəsənətin bu sahəsində çox ciddi nailiyyətlərin əldə olunduğu aydın görünür. Azərbaycan kinosu öz tarixini adi hərəkət edən şəkillərdən götürüb, ancaq çox az zaman kəsiyində dünya kinosunun qabaqcıl təcrübəsindən bəhrələnərək qiymətli sənət nümunələri yaradılıb. Bütün bu nailiyyətlərin əldə olunmasında 85 illik yubileyini qeyd etməyə hazırlaşdığımızAzərbaycanfilmkinostudiyasının xüsusi rolu olmuşdur.
Azərbaycanda ilk film istehsal edən təşkilat Pirone qardaşlarınınFilmaSəhmdar Cəmiyyəti olmuşdur. O vaxt Azərbaycanda kinorejissorlar olmadığından, Sankt-Peterburqdan Boris Svetlov kinooperator Qriqori Lemberqi Bakıya dəvət etmişdilər.
Azərbaycanda kinofabrikin rəsmi açılışı 1923-cü il aprelin 28- olmuşdur. Bu fabrikin ilk filmiQız qalasıoldu. Filmin çəkilişləri 1924-cü ilə qədər davam etdi.
Azərbaycan foto-kino idarəsi adlanan həmin təşkilata ilk vaxtlar Məmmədhənifə Terequlov rəhbərlik etmişdir.
20-ci illərin ortalarından etibarən studiyanın istehsal gücü artmağa başlamış, “Bayquş”, “Hacı Qara”, “Sevil”, “Bismillahkimi filmlər istehsal olunmuşdur.
Bu dövrdən etibarən Azərbaycan kinosuna milli kadrlar cəlb olunmağa başladı. “Bismillahfilminə Azərbaycanın məşhur teatr rejissoru Abbas Mirzə Şərifzadə quruluş verdi. Bu, onun kinorejissor kimi debütü idi. Sonra isəHacı Qara ekranlaşdırdı.
Amma milli kadr məsələsi problem olaraq qalırdı. Ona görə 1925-ci ildə kinofabrikin nəzdində rejissor aktyor studiyaları təşkil olundu. Həmin studiyalarda M. Mərdanov, M. Mikayılov, A. Quliyev, R. Təhmasib, Ə. Tahirov, R. Çobanzadə, N. Həsənov, L. Təhmasib, Y. Kalotova başqaları kino sənətini öyrənmiş sonradan milli kinomuzun inkişafına xidmət etmişlər.
Azərdövlətkinostudiyasının təşkil edilməsi milli kinomuzun inkişafı yolunda çox mühüm addımlardan biri idi. 20-ci illərin sonlarında kinofabrikin yeni pavilyonu tikilb istifadəyə verildi. 1924-cü ildən AFKİ- sədr Şamil Mahmudbəyov təyin edildi. O, Kiyev Politexnik İnstitutunda təhsil almış, 1919-cu ildə institutu yarımçıq qoyub Bakıya qayıtmışdı. 1929-cu ilə kimi kino sahəsində çalışıb, sonra işə həbs olunmuşdur. 1946- ildə vəfat etmişdir.
20-30-cu illər Azərbaycan milli kino sənətinin ilkin inkişaf dövrüdür.
Azərbaycanda bu dövrdə kinofabrikin işi xeyli təkmilləşir, yaradıcılıq üçün yeni imkanlar yaradılır. Yeni yaradıcı qüvvələr kinoya cəlb olunmağa başlayır. A. Quliyev, M. Mikayılov kimi istedadlı rejissorlar bu studiyada filmlər çəkməyə başlayırlar. Məsələn, “İsmət” (rej.M. Mikayılov), “Almaz” (rej. A. Quliyev) kimi filmlər bu dövrdə ekranlara buraxılır. Əlbəttə, bu, o vaxtlar idi ki, milli kinomuz yalnız səssiz filmlər istehsal edirdi.
1935-ci ildəAzərkinoilk səsli filmin istehsalına başladı. Bu, “Mavi dənizin qoynundafilmi idi.
Filmin çəkiliş qrupuna gənc rejissor Səməd Mərdanov da daxil edilmişdi. Bu, milli kinomuzun inkişafında yeni mərhələnin başlanğıcı idi. Beləliklə, milli kinomuzda yeni bir canlanma başladı.
Azərbaycanfilmin 85 illik tarixində çox maraqlı məqamlar var. Burada ilk cizgi filminin istehsalı, ilk rəngli filmin istehsalı, ilk genişekranlı kino əsərlərinin yaranması əslində böyük hadisəyə çevrilmişdi. Studiyanın fəaliyyəti təkmilləşdikcə, yeni texnologiya tətbiq olunduqca onun imkanları da artmağa başlamışdı. 30-cu illərdə studiyadaKəndlilər”, “Bakılılarkimi gözəl ekran əsərləri yaradıldı. 1935-ci ildə isəAbbasın bədbəxtliyiadlı ilk cizgi filmi yaradıldı.
Azərbaycanda dublyaj işinin
başlanğıcı bu studiyada qoyulmuşdur. İlk dəfə məşhur səs rejissoru Ş. Şeyxovun rəhbərliyi iləÇapayevrus filmi Azərbaycan dilinə dublyaj edildi. Studiyada dublyaj şöbəsi yaradıldı. Dünya kinosunun bir çox gözəl inciləri Azərbaycan dilinə dublyaj edilib ekranlara buraxıldı. Bu studiyada filmlərin səsləndirilməsində A. Gəraybəyli, F. Fətullayev, M. Novruzova, Ə. Zeynalov, H. Turabov, H. Məmmədov, Ş. Ələkbərov, S. Rzayev, Ə. Yusifqızı kimi məşhur aktyorlar çalışmışlar. Xronikal-sənədli filmlər istehsalı studiyanın əsas fəaliyyət sahələrindən biri idi. Bu gün Dövlət Kino Fondunda bu studiyada istehsal olunmuş minlərlə sənədli-xronikal, elmi-kütləvi filmlər saxlanılır. Onlar Azərbaycanımızın tarixi, qəhrəman oğulları, milli-mənəvi dəyərlərimiz haqqında dəyərli filmlərdir.
Azərbaycanfilmstudiyasının tarixində Böyük Vətən müharibəsi dövrü çox çətinliklərlə müşayiət olunmuşdur. 1941-1945-ci illərdə studiyada xeyli sənədli bir neçə bədii film istehsal olunmuşdur. Ayna”, “Bəxtiyar”, “Arşın mal alankimi filmlər böyük çətinliklərlə ekran üzü görmüşdü. Çox maraqlı bir fakta diqqəti çəkmək istərdik. 1945-ci ildə ekranlara buraxılanArşın mal alanfilmi SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Bu, Azərbaycan kinosunun ilk böyük qələbəsi idi. Həmin illərdəAzərbaycanfilmstudiyasının inkişafında xalq şairi, Azərbaycan kinematoqrafiya naziri Rəsul Rzanın xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır.
Müharibədən sonra Azərbaycan kinosunun yeni inkişaf dövrü başlandı. “Uzaq sahillərdə”, “Ögey ana”, “Böyuk dayaqkimi qiymətli sənət əsərləri yaradıldı. 50-60- illərdə kinomuza yeni mövzular gətirildi. Bu dövrdən artıq müasirlərimizin, xüsusilə gənclərin həyatından bəhs edən filmlər istehsal olunmağa başladı. Kinomuza istedadlı rejissorlar gəldi. Həsən Seyidbəyli öz ssenariləri əsasında maraqlı filmlər yaratdı. Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Şamil Mahmudbəyov kimi nəhəng sənətkarlar milli kinomuzun böyük filmlərini yaratdılar. “Şərikli çörək”, “O, olmasın, bu olsun”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud başqa filmlər artıq dövrün standartlarına uyğun sənət əsərləri idi.
Eldar Quliyevin debütü olanBir cənub şəhərindəfilmi böyük qalmaqallara səbəb olsa da, çox dəyərli bir kino əsəri idi. Eldar Quliyev sonralarBabək”, “Nizamikimi tarixi filmlərə bu studiyada quruluş vermişdir.
Azərbaycanfilmstudiyasında Rasim Ocaqovun Rüstəm İbrahimbəyovun yaradıcı əməkdaşlığı nəticəsində maraqlı filmlər yaradılmışdır. Bu filmlərdənİstintaqı xüsusi qeyd etmək olar. Film SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Studiyanın tarixindən bəhs edərkən Adil İsgəndərovun xidmətlərini nəzərdən qaçırmaq olmaz. Onun həm rəhbər kimi, həm aktyor rejissor kimi studiyanın formalaşmasında, qiymətli sənət əsərləri yaradılmasında mühüm rolu olmuşdur. Biz, əlbəttə, bu studiyada çalışmış Kamil Mahmudbəyovun, Oqtay Mirqasımovun, Hüseyn Mehdiyevin rejissor kimi xidmətlərini xüsusi qeyd etməliyik. Onların yaratdıqlarıAxırıncı aşırım”, “Ovsunçu”, “Özgə vaxtıkimi filmlər tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
90- illərin əvvəllərində SSRİ-nin dağılması studiyanın fəaliyyətinə öz təsirini göstərdi.
Azərbaycanfilmin fəaliyyəti demək olar ki, dayandırıldı.
Müstəqil Azərbaycanın yeni kinosu isə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bilavasitə bağlıdır. “Azərbaycanfilmnin yenidən fəaliyyətə başlaması bir sıra dövlət sifarişli filmin istehsalına şərait yaratdı. Bu filmlərin əksəriyyəti məhz Qarabağ mövzusu ilə bağlı idi.
Hazırda kinostudiya, demək olar ki, yenidən qurulur. Burada filmlərin istehsalı bərpa olunur, yeni avadanlıqlar gətirilir sair.
Studiyada aparılan təmir işləri başa çatdırıldıqdan sonra, onun fəaliyyəti daha da genişlənəcək. Aparılan quruculuq işləri deməyə əsas verir ki, 85 illik şərəfli tarixi olan bu sənət ocağı yaxın gələcəkdə əvvəlki şöhrətini özünə qaytaracaqdır.


Xalq qəzeti.- 2008.- 29 iyun.- S. 6.