“100 saniyəlik film” müsabiqəsi basa
catmışdır
"Yeni Dalğa"
Prodüser Mərkəzinin
təşkilatçılığı ilə
ölkəmizdə ilk dəfə keçirilən "100
saniyəlik film" müsabiqəsi başa
çatmışdır.
Mərkəzin direktoru
Rasim Həsənovun bildirdiyinə görə,
müsabiqəyə təqdim olunmuş 70 ssenaridən 10-u
çəkilmək üçün seçilmişdir.
Həmin ssenarilər əsasında filmlərin istehsalına
başlanılmışdır. Artıq 100 saniyəlik
"Pilpilə" filminin (rejissoru və ssenari müəllifi
Tərlan Manafovdur) çəkilişləri başa
çatmışdır. Müsabiqənin Azərbaycan filmlərinin
dünyada tanıdılması məqsədi ilə
keçirildiyini vurğulayan mərkəzin direktoru demişdir
ki, cəkiləcək filmlər müxtəlif beynəlxalq
müsabiqələrə göndəriləcəkdir.
Respublika.- 2008.- 28 iyun.- S. 8.