Mükərrəmoğlu M.
“Hökmdarın
taleyi” “Şərq-Qərb kinofestivalında nümayiş
etdirildi
Dünən
“Azərbaycan” kinoteatrında “Şərq-Qərb”
kinofestivalının bağlanış mərasimi oldu. Bağlanışdan əvvəl
yeni Azərbaycan filmi olan “Hökmdarın
taleyi” nümayiş etdirildi. Sonra işə “Aleksandr Nevski döyüşü”
Rusiya filmi göstərildi. Hər iki film tarixi mövzuda çəkilmiş kino əsərləridir.
İlyas Əfəndiyevin
“Hökmdar və qızı” pyesinin motivləri əsasında
Elçinin yazdığı
ssenari üzrə çəkilən “Hökmdarın
taleyi” filminin süjet xəttini XVIII əsrin sonu — XIX əsrin əvvəllərində
Qarabağ xanlığında
baş vermiş hadisələr təşkil
edir.
Fətəli Şah İranın təzyiqi altında bölünməkdə
olan Azərbaycan xanlıqlarını birləşdirməyə
çalışır. O, xanlıqların
bu çətin parçalanma dövründə
vahid Azərbaycan dövlətini yaratmağa
cəhd edir. Hökmdar I Aleksandr Rusiyanın Cənubi Qafqazdakı qoşunlarını
gücləndirir.
İbrahim xan Qarabağın müstəqilliyini
saxlamaq üçün
fədakarlıqla faciəvi
qərar qəbul edir, öz qızının
Fətəli Şahla
evlənməsinə razılıq
verir. Eyni zamanda İbrahim xan Kürəkçay müqaviləsini bağlamaqla
Qarabağ xanlığını
Rusiya imperiyasının
əsarəti altına
keçirir. Film çox maraqlı döyüş epizodları
ilə zəngindir.
Ftlmə R. Fətəliyev
və F. Dilşad quruluş vermişlər.
Baş rollarda Fəxrəddin Manafov, Günəş Əliyeva,
Danil Spibakovski, Aleksandr Qalibin çəkilmişlər. Film
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi ilə “A. S. V. A Profil Studiya XXI” Prodüserlər
mərkəzinin birgə
istehsalıdır.
Rusiya kinematoqrafçılarının
“Aleksandr. Nevski döyüşü” (rejissor
— İqor Kalyonov) filmi həmyerlimiz, xalq yazıçısı
Rüstəm İbrahimbəyovun
bədii rəhbərliyi
ilə çəkilmişdir.
Filmdə XIII əsrdə
Novqorod knyazı Aleksandr Nevskinin həyatının çox
maraqlı məqamları
canlandırılır. Hər
tərəfdən knyazlıq
üçün təhlükələrin
gözlənildiyi bir vaxtda bu gənc,
cəsur, uzaqgörən
və müdrik knyaz çıxış
yolunu torpaqları hərbi yolla qorumaqda görür. Nevski döyüşü
isə onun ən böyük hərbi yürüşü
olur. Filmdə maraqlı döyüş
səhnələri var.
Axşam isə festivalın bağlanış
mərasimi keçirildi.
Festivalın mükafatları
təqdim olundu.
Beləliklə, “Şərq-Qərb” festivalı öz işini sona
Xalq qəzeti.- 2008.- 8 iyun.- S. 4.