Rejissor Stanislav Qovoruxin "Köhnə qvardiya"ya üstünlük verir

 

İyunun 3-də "Azərbaycan" kinoteatrında "Şərq-Qərb" X Beynəlxalq Bakı kinofestivalı çərçivəsində Rusiya kinorejissoru Stanislav Qovoruxinin 2007-ci ildə "Mosfilm" kinostudiyasında çəkilmiş (ssenari müəllifı Valeri Muxaryamov, operator Valeri Myulqaut) "Artist" filmi nümayiş etdirilmişdir.

Filmdə istedadlı, ancaq bəxti gətirməyən artist qadından söhbət açılır. Onun işləri nə teatrda, nə kinoda, nə də şəxsi həyatda düz gətirmir. Qonşu mənzildə isə rəfıqəsi əri ilə yaşayır. Rəfiqəsinin ərinin sinif yoldaşı - məşhur alim, elmlər doktoru, professor onlara qonaq gəlir və filmin baş qəhrəmanına vurulur. Tezliklə aktrisa arzuladığı rolu da alır.

Filmin çəkilişində Stanislav Qovoruxin "Köhnə qvardiya"nı yaddan çıxarmamışdır. Filmdə tanınmış teatr və kino aktyorları -Aleksandr Abdulov, Dmitri Pevtsov, Yevgeniya Dobrovolskaya, Mariya Aronova və başqaları çəkilmişlər.

Filmin nümayişindən əvvəl ekran əsərinin prodüseri A.Prosyanov çıxış etmişdir.

 

Respublika.- 2008.- 4 iyun.- S. 12.