"Şərq-Qərb" kinofestivalı yekunlaşıb
Paytaxt sakinləri 7
gün ərzində 16 filmi izləmək imkanı
əldə ediblər
İyun ayının 1-də
işinə start verən onuncu "Şərq-Qərb"
Bakı Beynəlxalq kinofestivalı yekunlaşıb. Festival
çərçivəsində paytaxt sakinləri 7 gün
ərzində 16 filmi izləmək imkanı əldə
ediblər.
Zəif təşkilati
məsələlərə əlavə olaraq, bu dəfə
də festivalın coğrafiyası Azərbaycan da daxil olmaqla
cəmi 8 ölkə ilə kifayətlənməli olub. Fransa,
Rusiya, Estoniya, İran, Polşa, Latviyada istehsal edilmiş
filmlərlə birlikdə festivalda iki Azərbaycan filmi də
nümayiş etdirilib. 16 filmi 7 gün ərzində 3000
tamaşaçı izləyib.
Musiqili Komediya
Teatrında baş tutmuş açılış
mərasimindən sonra filmlər Azərbaycan
Kinematoqrafçılar İttifaqının zalında və
"Azərbaycan" kinoteatrında ictimaiyyətə
təqdim edilib.
Bu il "Ən parlaq
debüt" nominasiyası Rusiya istehsalı olan "Aleksandr
Nevski" filminin rejissoru İqor Kalyonova, "Kişilik
rəmzini tərənnüm edən ən yaxşı
obraz" nominasiyası "Hökmdarın taleyi" ekran
əsərindəki roluna görə Azərbaycanın Xalq artisti
Fəxrəddin Manafova, "Qadınlıq rəmzini
tərənnüm edən ən yaxşı obraz"
qırğızıstanlı gənc aktrisa Aseda Totabekovaya,
"Bəşəriyyətə ən humanist
göndəriş" nominasiyası isə iranlı rejissor
Puran Derəxşəndiyə qismət olub.
Maliyyə
çatışmazlığı səbəbindən Beynəlxalq
"Şərq-Qərb" Bakı kinofestivalı adında
əks olunan qitələrin kino aləmini
işıqlandıra biləcək səviyyədə
keçirilmir. Bunun səbəbini Kinematoqrafçılar
İttifaqının katibi Abbas Əliyev Qazaxıstan, Rusiya
və digər dövlətlərdə keçirilən sanballı
festivallara milyonlarla dollar sərf olunmasında görür.
Təkcə məşhur kino xadimlərinin dəvət
olunması böyük məbləğ tələb edir. Abbas
Əliyevin sözlərinə görə, hökumət
keçən il festivala 112 min manat ayırmışdısa,
bu il 150 min manat ayırıb: "Yenə də festivalı
geniş formatda keçirmək üçün kifayət
deyil".
Qeyd edək ki, artıq
61 dəfə baş tutmuş Kann kinofestivalının
təşkilinə 7 milyon, Venesiya festivalına 5 milyon 200 min,
Soçidə keçirilən Kinotavr festivalına isə 2
milyon ABŞ dolları vəsait ayrılıb.
Şərq.- 2008.- 10 iyun.- S. 14.