Şərq Qərb kinosunun yollarını kəsişdirən festival

 

İyunun 1- Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Şərq-Qərb” X Beynəlxalq Bakı kinofestivalının təntənəli açılış mərasimi olmuşdur.

Teatrlaşdırılmış mərasim kinofestivalın keçdiyi yolun tarixindən söhbət açan qısa videoklipin nümayişi ilə başlanmışdır. “Şərq çırağı” uşaq yaradıcılıq mərkəzinin yetirmələri qonaqları salamlayaraq, mədəniyyət turizm naziri Əbülfəs Qarayevi səhnəyə dəvət etmişlər.
Nazir vurğulamışdır ki, “Şərq-Qərb” festivalı müntəzəm keçirilir, halbuki bir neçə il əvvəl festivalın onuncu dəfə açılacağını ehtimal etmək çətin idi. Təbii ki, bu daimiliyin əsasında kinoya əsl vurğunluq durur bir daha sübut edir ki, kino sənəti Azərbaycanda inkişaf etdirilir. Bu hal eyni zamanda həm Şərqin, həm Qərbin Azərbaycan kinosuna hörmətlə yanaşdığını təsdiq edir.

Tədbir iştirakçılarını gələn il keçiriləcək XI festivala dəvət edən Əbülfəs Qarayev vurğulamışdır ki, 2009-cu ildə Bakı İslam dünyasının mədəni paytaxtı elan ediləcək, şəhərimizdə Azərbaycanda təşəkkül tapmış yaradıcılıq ənənələrini birləşdirən tədbirlər keçiriləcəkdir. O demişdir: “Bu, sivilizasiyaların, mədəniyyətlərin dialoqudur. Bu, Avropa, eləcə İslam mədəniyyətləri ilə çoxsaylı faydalı əlaqələr deməkdir. Zənnimcə, kinofestivalın adı çox düzgün seçilmişdir – ”Şərq–Qərb". Festival Azərbaycanın paytaxtında ilin ən yaddaqalan hadisələrindən biri olmalıdır". Nazir vurğulamışdır ki, ilin hansı vaxtında təşkil ediləcəyindən asılı olmayaraq, növbəti festival təmirdən çıxmış Heydər Əliyev adına Sarayda keçiriləcəkdir.

Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin kinofestival iştirakçılarına təbrikini oxumuşdur (Təbrikin mətni qəzetin bugünkü nömrəsində dərc olunub).

Festivalın qonağı, kinodramaturq, “Nika” kinematoqrafiya mükafatının yaradıcısı və rəhbəri Yuli Qusman bildirmişdir ki, bütövlükdə festival müasir, dünyanın çoxşaxəli reallığını əks etdirən tədbir olacaqdır. O, uzun çətin yol keçdiyi üçün “Nika” mükafatına layiq görülür. Y.Qusman qızıl heykəlciyi “Şərq–Qərb” festivalının prezidenti, xalq artisti, kinodramaturq Rüstəm İbrahimbəyova təqdim etmişdir.

Rüstəm İbrahimbəyov festivalı açıq elan etmişdir.

Xalq qəzeti.- 2008.- 3 iyun.- S. 6.