Yusifova S
“Əbədi
uşaqlar” X “Şərq-Qərb”də
"Azərbaycan"
kinoteatrında X Bakı
Beynəlxalq Şərq-Qərb kinofestivalı çərçivəsində İran kinematoqrafı Puran Derəxşəndənin
"Əbədi uşaqlar"
filmi nümayiş etdirilib. Film 2007-ci ildə "FAR" studiyasında
çəkilib. Nümayişdən
əvvəl çıxış
edən rejissor Puran Derəxşəndənin
sözlərinə görə,
90-cı illərin əvvəlindən bəri
İran kinosunda yeni dövr başlanıb. Bu dövrdə qadın rejissorlar kino yaradıcılığı sahəsində
daha çox fəallaşıb və nəticədə iranlı
qadının dolğun
obrazı dünyaya təqdim olunub. Puran Derəxşəndə
də öz yaradıcılığında qadın hüquqlarını
təbliğ edir. Onun fikrincə, indi qadın ailədə və cəmiyyətdə öz
yerini tapıb və özünü inkişaf etdirmək və kamilləşdirmək
istiqamətində irəliləyir.
Belə qadın bəsit düşüncəli,
iradəsiz insan deyil. O, həyat yoldaşı kimi, ana kimi və
ən başlıcası,
insan kimi özünü kamilləşdirməyə
çalışır və
həyatdan tam zövq alır.
Filmdə aktyorlardan
Şəhab Hüseyni,
Elham Həmidi, Hadi Mərzban, Aqu Heradmənd, Pante Bəhram, Mehdi Məyami, Əli Əhmədi çəkilib.
"Əbədi uşaqlar" filmi bir sıra nüfuzlu
festivallarda mükafata
layiq görülüb.
525-ci qəzet.-
2008.- 7 iyun.- S. 24.