Arif Məlikovun 75 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2008-ci ilin sentyabr ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikovun anadan olmasının 75 ili tamam olur.

Arif Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrindəndir. Onun balet və simfoniyaları, kinofilmlərə və dram tamaşalarına musiqiləri, habelə müxtəlif janrlarda yaratdığı digər əsərləri milli musiqi xəzinəmizin ayrılmaz hissəsini təşkil edir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlər göstərən Arif Məlikovun 75 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Arif Məlikovun 75 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2008-ci il

 

Azərbaycan.- 2008.- 25 iyun.- S. 1.