ABŞ-da çıxan  Ojai post qəzetində  Azərbaycan muğamının Ohay şəhərinə gətirilməsi sərlövhəli məqalə çap olunmuşdur

 

ABŞ-ın Ohay şəhərinin (Kaliforniya ştatı) "Ojai Post" qəzetinin 24 iyun nömrəsində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun "Azərbaycan muğamının Ohay şəhərinə gətirilməsi" sərlövhəli məqaləsi dərc edilmişdir.
Məqalədə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin qeyd olunması məqsədi ilə ABŞ-da səfərdə olan Azərbaycan milli musiqi rəqs qrupunun Los-Anceles Ohay şəhərlərində verdikləri konsertlərindən söz açılır, muğamın YUNESKO-nun Dünya Mədəni İrsinin şah əsərləri siyahısına salınması qeyd edilir.
Müəllif Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri olduğunu, bu rütbənin Mehriban xanıma mədəniyyətin təşviqi sahəsində xidmətlərinə görə verildiyini yazır.
Məqalədə Ohay şəhər əhalisinin musiqi incəsənətə, xüsusilə qədim musiqiyə böyük diqqət göstərməsi, muğamın da bu növ musiqi olması səbəbindən burada yaxşı dərk edildiyi bildirilir.
Məqalədə, həmçinin bu il müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illik yubileyinin qeyd edildiyi, ABŞ-dan da əvvəl Azərbaycanda 1918-ci ildə qadınlara səsvermə hüququnun verildiyi, ölkəmizin sivilizasiyaların mədəniyyətlərin qovşağında yerləşdiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, tolerantlıq keyfiyyətlərinin yüksək olduğu Azərbaycan böyük zəngin mədəniyyətə malikdir.

 

Azərbaycan.- 2008.- 28 iyun.- S. 7.