"Qızıl Kəlmə" ədəbi mükafatı təsis edildi

 

Mədəniyyət və Turizm Nazirliyi ədəbi əsərlər  üçün "Qızıl Kəlmə" ədəbi mükafatını təsis edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, mükafatı təsis etməkdə məqsəd yüksək bədii və sənətkarlıq keyfiyyətinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin daha səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaqdır, Mükafat 2 ildən bir ən yaxşı nəsr, poeziya, tənqid, ədəbiyyatşünaslıq və publisistika, eyni zamanda, orijinaldan bədii tərcümə əsərlərinə veriləcək.

 

Ekspress.- 2008.- 4 iyun.- S. 11.