Ağaoğlu T.
Fəlsəfə elmləri doktoru, professor Tariyel Əhmədovun xalq artisti Məmmədbağır
Bağırzadənin həyatına,
ifaçılıq qabiliyyətinə
həsr olunmuş
"Azərbaycan oğluyam"
(Bakı, "Azərbaycan"
nəşriyyatı) xatirələr
toplusu işıq üzü görüb.
Xatirələrdə vurğulandığı
kimi, mərhum M.Bağırzadə özünə
qarşı tələbkar,
sənətinə sevgi-məhəbbətlə yanaşan
ifaçı olub. Səsləndirəcəyi mahnının
günlərlə məşqini
edər, dəfələrlə
lentə yazdırardı.
Məmmədbağır bir
ifaçı kimi hörmətini qoruyub saxlayan olub. Onu respublikamızın hər rayonuna, hər obasına toylarda oxumağa dəvət edərdilər.
Xətrini istəyənlərin,
dostlarının sayı
çox idi. Amma iki nəfərə - bəstəkar Ələkbər
Tağıyevə və
o zamankı Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rejissoru, şair Hafiz Baxışa daha artıq ehtiram bəsləyərdi. Ötən
əsrin 80-ci illərində
sözləri H.Baxışın
olan "Azərbaycan oğluyam" mahnısı müğənninin
ifasında ədəbi
hadisə kimi qarşılandı, ona şöhrət qazandırdı.
Həmin mahnının
bu misraları indi də dillər
əzbəridir:
Nizamilər övladı,
Nəsimilər nəsliyəm,
Yurdum Odlar yurdudur, atəş, od nəfəsliyəm,
Təbiətim belədir,
toy-bayram həvəsliyəm,
Ürəyi dost soraqlı, süfrəsi qonaqlıyam,
Azərbaycan oğluyam...
Kitabın redaktoru F.Xəlilzadənin
fikridir: "İnanırıq
ki, şəxsiyyəti,
ləyaqəti ilə
seçilən, Azərbaycan
musiqi mədəniyyətində
özünəməxsus yer
tutan, ifa etdiyi mahnıların əksəriyyətinə öz
möhürünü vuran,
cəmi 55 il yaşamış xalq artisti Məmmədbağır
Bağırzadə haqqında
hazırlanmış bu
xatirələr toplusu
oxucuların ürəyincə
olacaq. Gəlin unutmayaq, gedən nəfəs, qalan səsdir".
Azərbaycan.- 2008.- 6
iyun.- S. 7.