Azərbaycan Bəstəkarlar
İttifaqının VIII qurultayından
sonrakı birillik əaliyyəti müzakirə
olunmuşdur\
AzərTAc xəbər verir ki, iyunun
20-də Azərbaycan Bəstəkarlar İttifaqında
(ABİ) qurumun VIII qurultayından
sonrakı fəaliyyəti
müzakirə olunmuşdur.
Bəstəkarlar İttifaqının
sədri, xalq artisti, professor Firəngiz Əlizadə məruzəsində dövlət
başçısı İlham
Əliyevin Azərbaycan
Bəstəkarlar İttifaqına,
onun üzvlərinə
diqqət və qayğısını yüksək
dəyərləndirmişdir. O, Bəstəkarlar İttifaqının Xaqani
küçəsindəki əvvəlki
binasının onlara qaytarıldığı, indi
orada əsaslı təmir işləri aparıldığı, sentyabrın
18-də "Musiqi günü" ilə əlaqədar ittifaqın
üzvlərindən 8 nəfərinə
fəxri adlar, 35 nəfərinə isə birillik Prezident təqadü təyin edildiyi üçün Azərbaycan
Prezidentinə minnətdarlığını
bildirmişdir.
Məruzədə vurğulanmışdır
ki, göstərilən
bu diqqət və qayğıya görə Bəstəkarlar
İttifaqı öz fəaliyyətini tamamilə
yenidən qurmağa çalışır. Yaradıcı adamlarla daha konkret iş aparmaq, fəaliyyət dairəsini genişləndirmək
üçün qurumda
daha 3 şöbə yaradılaraq onların sayı 11-ə çatdırılmışdır. İttifaqın bilavasitə
təşkilatçılığı ilə istər xaricdə, istərsə də ölkəmizdə
30-a yaxın müxtəlif
tədbir keçirilmişdir.
Onların arasında Niyazinin 95, Tofiq Quliyevin 90, Qara Qarayevin 90 illik yubileyləri, "Müasir
uşaq musiqisinin aktual problemləri",
"Heydər Əliyev
və Azərbaycan Bəstəkarlar İttifaqı"
mövzularında elmi-praktik
konfranslar xüsusi əhəmiyyət daşımışdır.
Natiq qeyd etmişdir ki, hesabat dövründə Bəstəkarlar İttifaqı
yaradıcı təşkilatlarla
birgə tədbirlərin
keçirilməsinə xüsusi
əhəmiyyət vermişdir.
Xalq artisti Emin Sabitoğlunun
70 illiyi ilə əlaqədar Bəstəkarlar
İttifaqı Yazıçılar
Birliyi ilə bərabər bəstəkar
haqqında yazılmış
kitabın təqdimatı,
Muğam Teatrı ilə birgə Elza İbrahimovanın 70 illiyinə həsr olunmuş tədbir keçirmiş, Elza xanıma Dağıstanın
xalq artisti adı verilmişdir.
Bəstəkarlar İttifaqının
katibləri Aqşin Əlizadə, Ramiz Zöhrabov, Eldar Mansurov və başqaları Azərbaycan
bəstəkarlarının beynəlxalq uğurlarından
da söz açmışlar. Vurğulanmışdır
ki, Firəngiz Əlizadə və əməkdar incəsənət
xadimi Rauf Əliyev Kiyevdə keçirilən XVIII Beynəlxalq
Musiqi Festvalında ölkəmizi layiqincə
təmsil etmişlər.
F.Əlizadənin "İthaf"
və R.Əliyevin xor üçün "Ballada"sı Ukrayna musiqi kollektivlərinin ifasında
səsləndirilmişdir. F.Əlizadə bir sıra xarici ölkələrdə - ABŞ, Almaniya, İsveç, Fransa, Türkiyə, Qırğızıstan, Ukrayna
və digər ölkələrdə yaradıcılıq
ezamiyyətində olmuşdur.
Parisdə YUNESKO-nun qərargahında ona "Sülh artisti" fəxri adının diplomu təqdim edilmişdir.
Məlumat verilmişdir ki,
Bəstəkarlar İttifaqı
İdarə Heyətinin
keçirdiyi 7 iclasda,
bölmələrin vaxtaşırı
yığıncaqlarında ölkəmizdə Azərbaycan
musiqisinin daha da inkişaf etdirilməsi, onun dünyaya inteqrasiyası ilə bağlı vacib məsələlər
müzakirə olunmuşdur.
Natiqlər vurğulamışlar
ki, qazanılmış
uğurlarla kifayətlənilməməli,
qüvvələr Azərbaycan
musiqisinin beynəlxalq
nüfuzunu yüksəltmək
istiqamətində mövcud
problemləri həll etmək üçün səfərbərliyə alınmalıdır.
Azərbaycan.- 2008.- 21 iyun.- S. 2.