Günay
Soydaşımızın-kitabı
təqdim edildi
Ötən gün Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş
üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə Moskvada yaşayan həmyerlimiz, pianoçu respublikamızın
xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti, professor
Tamilla Mahmudovanın "Muzıkalnıye perekryostki" kitabının
təqdimatı keçirildi.
Tədbiri giriş
sözü ilə açan musiqişünas Zümrüd
Dadaşzadə Tamilla Mahmudovanı Azərbaycan musiqisini
ölkədən kənarda təbliğ edən layiqli
təmsilçi adlandırdı. Z.Dadaşzadə Tamilla
xanımın gözəl natiq və maraqlı yazılarla
daima mətbuatda çıxış edən yazar olduğunu
tədbir iştirakçılarına çatdırdı:
“T.Mahmudovanın yazmağa başlaması təsadufü deyil,
burda genlərin çox böyük rolu var. Tamilla
xanımın əmisi görkəmli yazıçı Sabit
Rəhmandır. Bu faktın özü çox şey deyir.”
O Tamilla xanımın
görkəmli musiqiçilər və öz vətəni
haqqında yazdığı məqalələrinin
toplandığı "Muzıkalnıye perekrystki"
kitabını təqdim etmək üçün bu gün
Azərbaycanda olduğunu xüsusi vurğuladı.
Bəstəkarlar
İttifaqmın sədri Firəngiz Əlizadə Tamilla
xanımı təbiətin bir möcüzəsi olduğunu
söylədi. F.Əlizadə T.Mahmudovanı Azərbaycan
mədəniyyətini xaricdə təmsil edən ən parlaq
nümayəndə hesab etdiyini və onun müasir musiqiyə
yüksək dəyər verdiyini xüsusi qeyd etdi.
Paritet.- 2008.- 26 iyun.- S. 12.