Qaraxanoğlu R.
"Muğam beşiyi"nin
ənənələri yaşadılır
Son 4 ildə doğma
yurd-yuvasından didərgin düşmüş
vətəndaşlarımıza normal həyat təmin
etmək üçün dövlətin gördüyü
işlər ölçüyəgəlməz
dərəcədə böyükdür. Biz bir çox
halda bu qayğı və himayənin yalnız üst qatını görürük. Qaçqınlar
və məcburi köçkünlər üçün
qəsəbələr salınır,
evlər tikilir, onlara yardımlar edilir. Ancaq bu
prosesin bir alt qatı, misal üçün, bir kollektiv, yaxud bir ailədən
kənara çıxmayan
elə məqamları
var ki, diqqətimizdən
kənarda qalır. Belə demək mümkündürsə,
hökumətin tikdiyi
evlər, saldığı
yeni yaşayış
məskənləri ümumölkə
miqyasında bir milyon qaçqın və məcburi köçkünün sevincidirsə,
bu böyük sevincin içində, yüzlərlə, minlərlə
söhbət açacağımız
kiçik sevinclər, fərəhli hisslər var.
Ağdam rayonunun bu gün əldə
qalan 27 faizlik hissəsində 13 yeni qəsəbə salınıb.
Buraya minlərlə ailə pənah gətirib. Özü də tək Ağdamdan deyil, Ağdamın taleyinə bənzər həyat yaşamış
digər rayon və kəndlərimizin əhalisi də bu qəsəbələrdə
məskunlaşaraq bir-birilərinə qonşulaşıb,
doğmalaşıblar. Artıq məlumdur ki, bu şəhərciklər
rahat ev, münbit torpaqlı sahələrlə yanaşı
bütün digər infrastrukturla təmin edilib. Dövlət bu himayəni sanki bir növbətçi,
edilməsi lazım olan borc kimi
deyil, xüsusi nəvaziş, məhəbbət
və yanğı ilə gerçəkləşdirib.
Bu niyyətin bir bariz nümunəsi
də əzəldən
Azərbaycanın musiqi,
muğam mərkəzi
rolunu oynayan Ağdamda iki yeni və yaraşıqlı musiqi məktəbinin tikilib istifadəyə verilməsidir. İlk baxışda o dəqiqə fikirləşirsən:
axı yayın qızmar istisində, qışın külək-çovğununda çadırlarda
qalmış yüz minlərlə vətəndaşın
normal yaşayışla
təmin edilməsinin
yolları aranarkən
necə oldu ki, bu qəsəbələrdə
musiqi məktəblərinin
tikilməsinə də
qərar verildi? Bir az düşündükdən
sonra anlayırsan ki, bura Qarabağdır
və dövlətin hətta ən incə məqamı - bu məkanın insanlarının mayasının
muğamla yoğrulduğunu
nəzərdən qaçırması
sadəcə mümkünsüzdür.
Bu musiqi məbədlərindən biri
Dördyol-1 qəsəbəsində fəaliyyət göstərən
Güllücə kənd
7 illik musiqi məktəbi üçün
tikilib. Müəllimlər
danışırlar ki,
iki məktəbdən
birinin onların kollektivinə veriləcəyini
eşidəndə bir
xeyli inana bilməyiblər. Bəzilərinə
elə gəlirmiş
ki, Ağdam qayıdanadək normal şəraitli bir məktəbdə işləyə,
balalarımızı xalqımızın
qanına hopmuş, tariximizin yadigarı olan muğamın sirlərinə öyrədə
bilməyəcəklər. Ancaq budur, dərs
deyirlər, məktəbin
adını uca tutmağa çalışırlar,
dövlətin hədiyyə
etdiyi bu gözəl, hər tərəfdən gül-çiçəklə əhatə
olunmuş binanın qayğısına qalırlar.
Güllücə musiqi
məktəbinin keçdiyi
çətin yol son 15 ildə Ağdamın yaşadığı
acı taleyə çox bənzəyir. Kənd işğal olunandan sonra bu musiqi beşiyi
bir müddət, ümumiyyətlə, fəaliyyətsiz
qalıb. Bu da başadüşüləndir,
mürəkkəb çağırışlarla,
müharibə ilə,
bir milyonluq qaçqın-məcburi köçkün ordusu ilə başbaşa qalan dövlətin bu kimi problemlərə
diqqət yetirməyə
sadəcə imkanı
yox idi. Bir müddət sonra məktəb Bərdənin kəndlərindən
birində məskunlaşıb.
Ancaq bu, tam formal
xarakter daşıyırmış.
Kəndə həm tələbələrin, həm
də müəllim heyətinin gəlişi-gedişi çətin, bəzən isə mümkünsüz olduğundan
musiqi məktəbinin
fəaliyyətsiz günləri
davam edib.
Yalnız 5 il əvvəl kollektiv belə qərara gəlib ki, fəaliyyətini bərpa
etmək üçün
məktəbin ən azı minimal şəraiti olmalıdır.
Bu məqsədlə Mədəniyyət və
Turizm Nazirliyinə müraciət olunur və rəhbərlik məktəbin Bərdə
rayon mərkəzinə
köçürülməsinə icazə verir. Bu andan etibarən
Güllücə musiqi
məktəbi normal fəaliyyətini bərpa
etməyə müvəffəq
olur.
Bərdədə məktəb çox
məhsuldar işləyir
ki, bunu da əyani şəkildə
buraya tək ağdamlı uşaqların
deyil, həm yerli, həm də burada məskunlaşmış digər
məcburi köçkün
rayonlarının sakinlərinin
müraciət etməsi
təsdiqləyir. Məktəb
yavaş-yavaş normal
həyata qayıtmağa
başlayır. Ancaq həm kollektiv, həm də azyaşlı musiqiçilər
üçün ən
sevindirici anlar 2006-cı ilə təsadüf edir. Məlum olur ki, dövlət Güllücə musiqi məktəbi üçün
yeni bina tikib...
İndi bu incəsənət ocağı
böyük, yaraşıqlı,
işıqlı, hər
cür şəraiti,
lazımi texniki təminatı olan bir binada yerləşir.
Məktəbə tez-tez
həm rayon rəhbərliyindən, həm
də Bakıdan - nazirlikdən baş çəkirlər. Gəlib görənlər
deyir ki, bu böyüklükdə
məktəbin bir kənd musiqi məktəbi üçün
tikilməsi həqiqətən
də hökumətin
illərdir ağrı-acılı həyat sürən ağdamlılar
üçün dəyərli
bir töhfəsidir.
Kollektiv də ona göstərilən
etimadı doğrultmağa
çalışır: məktəbdə
səliqə-səhman
göz oxşayır,
müəllim və tələbələrdən formalaşdırılmış
ansambl rayon səviyyəli tədbirlərdə
uğurla iştirak edir. Elə bir bayram yoxdur ki, kollektiv
cəmi bir neçə kilometr aralıda vətənin keşiyini çəkən,
yaxınlıqdakı qəsəbələrdə
yaşayan, dərsə
gedən, Qarabağın
musiqi ənənələrinə
yiyələnən körpələrin
təhlükəsizliyinə cavabdeh olan əsgər
və zabitlərimizlə görüşə
getməsin. Hər dəfə də
musiqili bayram sovqatı ilə. Müəllimlərin dediyinə
görə, hər belə bayramda musiqi sədaları altında qol açıb rəqs edən əsgərləri
görəndə bir təskinlik tapırlar ki, dövlətin onlara olan etimadını
ən azı bununla doğrultmağa çalışırlar. Hər dəfə məktəb kollektivi bu tədbirlərə görə hərbi hissənin xüsusi təşəkkürü ilə
təltif olunur.
Göstərilən etimadı
məhsuldar və uğurlu fəaliyyətlə
doğruldurlar. Məktəbin
uğuru onun yetişdirdiyi şagirdi, tələbəsidir. Kim bilir, bəlkə də Güllücə musiqi məktəbində təhsil alan neçə-neçə
uşağın parlaq
gələcəyi var?
Bu balalara belə şərait yaratmaqla hökumət gələcəyimizin qayğısına
qalmırmı? Güllücə
məktəbi deyəsən
artıq belə uğurların əsasını
qoyub. Rayon rəhbərliyinin himayəsi
də öz nəticələrini verir.
Astarada keçirilən
son uşaq muğam festivalında məktəbin iki yetirməsi - Azad Əkbərli və Sevinc Əliyeva fəxri diploma layiq görülüblər.
Daha bir balaca xanəndə - Ruslan Məmmədov da münsiflərin və tamaşaçıların
bərk xoşlarına
gəlib. Bu balanın yaxşı gələcəyi var. Festivalın son günündəki konsertdə
iştirakçılar cütlük
formasında oxuyurmuşlar,
Ruslan tək qalıb. Telefonla zəng edib, kövrəlmiş şəkildə
direktoruna şikayət
də edib. Əlavə edək ki, ötən il məktəbin daha bir yetirməsi
olan İlkin Quliyev də festivalın fəxri diplomu ilə təltif edilib.
Bu gün Azərbaycanda muğam elə bil yenidən
dünyaya gəlir, yaşamaq üçün
həyata yeni vəsiqə alır. Bu işdə dövlətin xüsusi diqqətini və səyini qeyd etməmək mümkün
deyil. Heydər Əliyev Fondunun milli musiqimizin dirçəlməsi üçün
gördükləri isə
ayrıca və saatlarla danışılası
bir mövzudur. Sirr deyil ki, fondun
dəstəyi ilə keçirilən "Muğam"
müsabiqəsi bütün
ölkədə uşaqlarda
muğama marağı
birə min artırıb, indi elə bir musiqi
məktəbi yoxdur ki, yetirməsinin bu müsabiqədə iştirakını arzulamasın.
Çünki belə
müsabiqələrdə iştirak
edən "kadrlar"ı da elə rayonlarımızda
və kəndlərimizdə
fəaliyyət göstərən
məktəblərimiz hazırlayır.
Yeni adların ortaya çıxması üçün hazırda
Azərbaycanda hər cür şərait, ən əsası isə dövlət himayəsi var. İndi söz təcrübəli müəllimlərin
və kiçik istedadlarındır.
Azərbaycan.- 2008.- 21
iyun.- S. 8.