Milli mədəniyyətin inkişafında qadınlar mühüm rol oynayırlar

 

Azərbaycan qadınlarının III qurultayına hazırlıq məqsədi ilə iyunun 24-də Muzey Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə “Yaradıcı qadınlar: problemlər və perspektivlər” mövzusunda konfrans keçirmişdir. Tədbirdə Milli Məclisin deputatları, dövlət orqanlarının nümayəndələri, mədəniyyət incəsənət xadimləri iştirak etmişlər.
Müasir mərhələdə milli mədəniyyətin inkişafında qadınlarımızın fəal iştirakının xüsusi əhəmiyyətə malik olduğunu qeyd edən komitə sədri Hicran Hüseynova bildirmişdir ki, konfransın əsas məqsədi Azərbaycanın yaradıcı qadınlarının ictimai işlərdə cəmiyyətdə rolunu yüksəltməkdir. Çünki yaradıcı qadınların cəmiyyətə təsir imkanları çox böyükdür.
Hazırda respublikamızın mədəni həyatında qadınlar kifayət qədər fəal iştirak edirlər. Yazıçılar Birliyinin 170-ə yaxın qadın üzvü vardır ki, bu da bütün üzvlərin təxminən14 faizini təşkil edir. Bəstəkarlar İttifaqının 178 üzvündən 95-i, Kinematoqrafçılar İttifaqının 263 üzvündən 50-si, Teatr Xadimləri İttifaqının 471 üzvündən 213-ü, Memarlar İttifaqının 416 üzvündən 149-u, Jurnalistlər Birliyinin 3200 üzvündən 700-ü qadındır. Bu rəqəmlər ölkəmizin mədəni həyatında qadınların iştirak səviyyəsi haqqında aydın təsəvvür yaradır. Çox az ölkə tapılar ki, yaradıcı qadınlar ictimai qurumlarda belə geniş şəkildə təmsil olunsunlar. Təbii ki, bu, müsbət haldır məhz Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinin əməli nəticəsidir.
Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Milli Məclisin deputatı Nizami Cəfərov, xalq artisti Amaliya Pənahova başqaları çıxış edərək, ölkəmizin ictimai-siyasi həyatında qadınların, o cümlədən yaradıcı qadınların rolunun daha da artırılmasının zəruriliyini vurğulamışlar. Qeyd edilmişdir ki, Azərbaycanda qadınların cəmiyyət həyatının müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi xətti ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər daim qadınların həyatın müxtəlif sahələrində rolunun yüksəldilməsinə böyük diqqət yetirmişdir. Hazırda qadınların cəmiyyətdəki rolunun yüksəldilməsinə yönəlmiş dövlət siyasəti ardıcıl surətdə davam etdirilir.
Tədbirdə mədəniyyət incəsənət sahəsində çalışan qadınlara həsr olunmuş videosüjet nümayiş etdirilmişdir.


Xalq qəzeti.- 2008.- 25 iyun.- S. 4.