Oğlun əsgər gedir...

 

Musiqisi respublikanın xalq artisti Tofiq Bakıxanovun, sözləri Mustafa İsgəndərzadənindir.
I —
Oğlun əsgər gedir bu gün, ay ana!
Dur tamaşa eylə onun boyuna!
Aslan balasıdır, sanki, bu cavan
Qartal zəhmi yağır baxışlarından

Nəqarət: Oğlun əsgər gedir,
Oğlun əsgər gedir,
Oğlun əsgər gedir
Bu gün, ay ana!
Dur tamaşa eylə,
Dur tamaşa eylə,
Oğlun əsgər gedir
Bu gün, ay ana!
Bu gün, ay ana!
-II —
Gözkönül dirəyi, kişi oğludur.
Namusdaqeyrətdə qoç Koroğludur.
Yağı-yamanların durar qəsdinə,
Şir kimi atılar düşmən üstünə.
Nəqarət:
-III —
Bərkə-boşa düşsə, dözər nər kimi,
Çıxar hər sınaqdan, çıxar ər kimi.
Oğlun qəhrəmandır bir bax, ay ana!
Uğurlu yol dilə ürəkdən ona.
Nəqarət:

 

Xalq qəzeti.- 2008.- 26 iyun.- S. 5.