Salmanov R.

Tanınmış alim, əməkdar müəllim, musiqişünas Vəli Məmmədovun yubileyi təntənə ilə qeyd olundu

 

Bu günlərdə Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış alim, əməkdar müəllim, yazıçı, xanəndə Vəli Məmmədovun anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi. Azərbaycan Yazıçılar Birliyinin bilavasitə təşkilati dəstəyilə keçirilən bu tədbirdə respublikanın bir çox tanınmış elm sənət adamları, eləcə ömrünün 45 ildən çoxunu çalışdığı Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim tələbə heyəti iştirak etdi. Sənət aləmində bir xanəndə kimi özünü təsdiq edən Vəli Məmmədovun bu tədbirinə gələn qonaqların əksəriyyəti məhz respublikanın tanınmış ustad muğam ifaçıları xalq artisləri Əlibaba Məmmədov, Canəli Əkbərov, Arif Babayev, tarzən Ramiz Quliyev, Firudin Ələkbərov, rejissor Məraim Fərzəlibəyov, əməkdar artist Qaraxan Behbudov, Süleyman Abdullayev, qocaman xanəndə İnqilab Quliyev, dramaturq Arif Mədətov digərləri idi.
Tədbiri giriş sözü ilə açan yazıçı-publisist Mustafa Çəmənli qonaqları salamlayaraq, öncə yubilyarın keçdiyi ömür gün, eləcə çoxşaxəli yaradıcılıq yolundan söz açdı.
1933-cü ildə Ağdam rayonununQarabağlarkəndində dünyaya göz açan Vəli Məmmədov erk
ən yaşlarından musiqiyə həvəs göstərmiş, ilk dəfə Ağdam şəhər radiosundaTel nazikSegah muğamıilə çıxış edərək özünü istedalı bir müğənni kimi təsdiqləmişdir. Sənət aləmində 17 yaşlı gəncin qazandığı bu uğur onda musiqi sənətinə daha çox rəğbət oyatdı. Onun bir xanəndə kimi formalaşmasında Xan Şuşinski, Seyid Şuşinskinin böyük əməyi olduğunu qeyd edən natiq Vəli Məmmədovun Bakı Dövlət Universitetinin tələbəsiykən bu ali məktəbin bədii özfəaliyyət kollektivi ilə Tiflis, İrəvan, Mahacqala, Vilnus şəhərlərində qostrol səfərlərində, eləcə 1957-ci ildə Moskvada keçirilən tələbə gənclərin VI ümumdünya festivalında uğurlu çıxışından, qazandığı qızıl medaldan, həmçinin 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti incəsənəti ongünlüyünün iştirakçısı kimi Respublika Ali Sovetinin fəxri fərmanı yubiley medalı ilə təltif olunduğundan söz açdı. ÜmumittifaqMelodiyasəsyazma firması Vəli Məmmədovun ifasındaKürdü” “Şahnaz", “Mirzə Hüseyn segahı”, “Cahargah”, “Bayatı Şiraz, “Heyratı”, “Arazbarı”, “Qarabağ Şikəstəsi”, eləcə bir çox mahnı təsnifləri lentə almışdır. Bu lent yazıları bu gün radionun qızıl fondunda qorunub saxlanılır. BDU-nin filologiya fakultəsinin jurnalistika şöbəsini əla qiymətlərlə bitirən Vəli Məmmədov 1951-ci ildənKommunist”, “Bakinski raboçiy”, “Azərbaycan”, “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Mədəni Maarif”, “Təbiət”, “Qobustan”, “Müxbir”, jurnallarında, universitetinElmi əsərlərində müntəzəm məqalələrlə çıxış edir. Respublika mətbuatında elmi metodik, publisist, dil, ədəbiyyat xalq musiqisi məsələlərinə dair 350-dən artıq məqalə 100-dən çox hekayə müəllifi eyni zamanda bədii ifaçılıq sənətinə aidNubar”, “Dan ulduzu doğanacan”, “Havalansın Xanın səsi”, “Füzulinin musiqi dünyası", “Muğam, söz ifaçı" kitablarının, iri həcmli əlyazama əsərlərin müəllifidir. Xalq artisti Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Quliyev, Canəli Əkbərov Vəli Məmmədovun sənət dünyasından söz açmaqla yubileyini təbrik edib, ona daha böyük yaradıcılıq uğurları arzuladılar. İqtisad universitetinin prorektoru, kafedra müdiri Tofiq Quliyev, Tofiq Əbdülhəsənli yubilyarın bu elm ocağında 45 illik pedaqoji fəaliyyətindən söz açdılar. Müəllim tələbə heyətinin dərin hörmət ehtiramını qazandığıni xüsusi qeyd etdilər.
Ağdam muisiqi məktəbinin müəllimləri tarzən Rafiq Rüstəmov kamançalan Mərkəz Əliyevin müşayətilə Süleyman Abdullayev, Vaqif Qurban oğlu, Qarabağdan gəlmiş aşıq Xosrov, Şahin Babayev, Əbülfət Əliyev digərlərin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Tədbirin sonunda tədbir iştirakçılarına, eləcə təşkilatı dəstəyə görə aidiyyatı olan bütün təşkilatlara öz dərin təşəkkürünü bildirən Vəli Məmmədov tamaşaçıların xahişi ilə zabul segah musiqini oxudu.
75 yaşlı xanəndə, pedaqoqun
bu ifası tamaşaçılar tərəfindən sürətli alqışlarla qarşılandı. Yaş 75 olsa da, tədbir iştirakçıları yubilyarın həvəs səsinin hələ sönməzliyinin bir daha şahidi oldular. Bəlkə elə bu səbəbdən üç saatdan artıq çəkən tədbirdə heç kəs salonu tərk etməyə tələsmirdi.

Xalq qəzeti.- 2008.- 29 iyun.- S. 7.