Samirə

 

İlk dəfə İspaniyada

 

GƏnC dirijor Eyyub Quliyev İspaniyada keçirilən "Kadakes" festivalında iştirak edib. İspaniyanın Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə düzənlənən bu nüfuzlu festivalda Azərbaycan ilk dəfə təmsil olunub. Festivalın konsertləri Barselona, Giran San-Feliuda keçirilib. E.Quliyevin dirijorluğu altında "Kadakes" orkestri Şenberq, Mosart, Haydn, Prokofyevin əsərlərini ifa edib. Festivalda 70 musiqiçi iştirak edib. Onların arasında Rojdestvenski, Koler, Neşlinq, Şmit kimi tanınmış adlar da olub.
   

Həftə içi.- 2008.- 10 iyun.- S. 8.