Musiqiçilərimizin
zəfəri
Onlar
moskvalıları təəccübləndirməyi
bacardılar
Mayın ikinci ongünlüyündə
Moskvada "Qara Qarayev - 90" silsiləsindən
daha 2 konsert baş tutub. Konsertlərdən birində
musiqi mədəniyyətimizi
dirijor Rauf Abdullayev, digərində isə pianoçu Ülviyyə Hacıbəyova
təqdim ediblər. Birinci konsert P.İ.Çaykovski adına
Moskva Dövlət Konservatoriyasının Böyük
Zalında, ikincisi isə M.İ.Qlinka adına Musiqi Mədəniyyəti Muzeyində
keçirilib. Hər iki konsertdə iştirak edən dahi yubilyarın oğlu - Moskva Konservatoriyasının professoru
Fərəc Qarayev
"www.kultura.az" portalına
müsahibəsində təəssüratlarını
bölüşüb: "Azərbaycanda çox parlaq pianoçu kimi tanınan Ü.Hacıbəyova ifaçılığına
xas çoxşaxəliyi
Moskva auditoriyasına da nümayişlədi. Hər kəsə yaxşı məlumdur ki, Moskva mühiti
Qarayevin yaradıcılığında
müstəsna rol oynayıb. Ülviyyə Hacıbəyovanın təqdim
etdiyi proqram tələbkar Moskva melomanları tərəfindən
böyük ruh yüksəkliyi ilə qarşılandı". Təəssüf
ki, belə yüksəksəviyyəli konsertin
ləzzətini azaldan
amil də tapılıb. Heç kimə sirr deyil ki, bugünkü
Moskva Avropanın ən böyük musiqi mədəniyyəti
mərkəzlərindən biridir. Və təbii ki, buranın auditoriyasını
təəccübləndirmək çox çətindir. F.Qarayev: "Ülviyyə
Hacıbəyovanın adı
Moskva musiqisevərlərinə,
demək olar məlum deyil. Qarşılaşdığımız xoşagəlməz mənzərəni - heç
yarıya qədər
dolmamış zalı
- müşahidə etmək
istəmirdiksə, təbliğat,
reklam işini vaxtında və düzgün aparmalıydıq.
Əvəzində isə
baxın görün nə baş verib... Konsertin təşəbbüskarı və
maliyyə xərclərini təmin
edən Mədəniyyət
və Turizm Nazirliyi ərəfədə
Azərbaycanın Rusiyadakı
səfirliyinə məktub
göndərərək mədəniyyət
işləri üzrə
müşavir Nigar Axundovadan konsertöncəsi
müvafiq məlumatlandırma
işi aparmağı
xahiş edib. Əslində, bu, səfirlik əməkdaşlarının
birbaşa vəzifə
borcudur. Lakin heç bir məlumatlandırma, konserti
işıqlandırma işi
aparılmadı, səfirliyin
heç bir əməkdaşı konsertdə
iştirak etmədi. Halbuki "Qara Qarayev - 90" silsiləsindən
olan Vyana və Kiyev konsertləri
ordakı səfirliklərimizin
canıyananlığı və
vəzifə borclarını
düzgün anlamaları
sayəsində çox
yüksək səviyyədə
keçmişdi. Eyni sözləri Macarıstanda
keçirilən yubiley
konsertinə də aid etmək olar. Enerjili və təşəbbüskar
insan kimi tanınan Polad Bülbüloğlu isə
bu keyfiyyətlərini
yalnız özünə
maddi xeyir olacaq məqamlarda işə salır". Yaxşı ki, mayın 28-nə - Respublika gününə təsadüf edən və Moskva Konservatoriyasının Böyük
Zalında baş tutan konsert kiminsə
özünüreklam axtarışına
tuş gəlməyib.
Rauf Abdullayevin dirijorluğu altında Moskva Filarmoniyasının
Akademik Simfonik Orkestrinin musiqiçiləri
Debüssinin, Qriqin, Ravelin nadir hallarda
ifa olunan əsərlərini təqdim
ediblər. Fərəc
Qarayev: "Konsertin vaxtının məhz həmin tarixə təyin edilməsi gözəl təsadüflər
sırasından olan hadisələrdən idi. Və bunun sayəsində
moskvalılar bu möhtəşəm bayram
günündə bir daha əmin oldular ki, Azərbaycan
müstəsna istedad və bacarığa malik musiqiçilərlə
zəngindir! Rauf Abdullayev doğrudan da zalı sehrləyə
bilmişdi. Daha çox Avstriya - Almaniya simfonizminin tərəfdarlarından olan
bu gözəl dirijor Debüssinin əsərinin ifasından
sonra alqış atəşinə tutuldu, Qriqin əsərinin ifasından sonra isə onu solist
Gindinlə birlikdə
dönə-dönə
səhnəyə çağırdılar.
Konsertin ikinci hissəsini isə bütünlüklə
Azərbaycan dirijorunun
zəfəri adlandırmaq
olar. Çünki burda Debüssinin və Ravelin son dərəcə zərif səs çalarlarına köklənmiş
bəstələri dirijor
tərəfindən böyük
ustalıqla idarə olunaraq dinləyiciyə dəqiq çatdırılırdı. Zərif "pianissimo"dan tutmuş möhtəşəm
və nikbin "fortissimo"yadək. Orkestr bütünlüklə
dirijora tabe olduğundan səhnədə
elə bir atmosfer bərqərar olmuşdu ki, bu, yalnız əsl ifaçılıq
olan yerdə baş verir. Dinləyicilər bunca ustalığı qiymətləndirməyi
bacardılar".
Həftə içi.- 2008.- 7-9 iyun.- S. 8.