Sevda

 

“Saz məktəbi” adlı dərslik işıq üzü görüb

 

Kitab musiqiçilərin savadını artırmağa imkan yaradacaq

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə bu günlərdə "Saz məktəbi" adlı kitab işıq üzü görüb. Toplunun müəllifləri Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi, məktəbin "Musiqi tarixi nəzəriyyəsi" kafedrasının müdiri Akif Quliyev eyni zamanda məktəbin müəllimi Mübariz Əliyevdir. Akif Quliyevin "Kaspi" bildirdiyinə görə, 230 səhifəni əhatə edən kitab musiqi incəsənət məktəblərində saz alətinin əsasında tədris üçün nəzərdə tutulub. Sənətşünaslıq namizədi Vaqif Əbdülqasımov, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev professor Məhərrəm Qasımlının rəy verdiyi kitaba sənətşünaslıq doktoru Tariyel Məmmədov elmi redaktorluq edib. "Saz məktəbi"nin ön söz müəllifi olan T.Məmmədov yazısında bildirib ki, "Azərbaycan musiqi pedaqoyi təcrübəsində ilk dəfə olaraq, şifahi-ənənəli musiqimizin ən qədim simli, mizrablı alətlərindən birinə - saz alətinə həsr olunmuş dərslik yaradılmışdır".

Qeyd edək ki, topluda saz alətinin əsrlərin dərinliyindən gələn ifaçılıq üsulları terminalogiyası ardıcıl olaraq, ən əsası, müasir anlamda sistemləşdirilib onların təsnifatı verilib. T.Məmmədovun fikrincə, dərslikdə not nümunələrinin öz əksini tapması da mühüm əhəmiyyətə malikdir. Öyrəndik ki, kitaba həm ənənəvi aşıq havaları, həm bəstəkar əsərləri daxil edilib. Eyni zamanda, müəlliflər kitabla tanış olan musiqiçilərə sazda simlərin adları, çanaq üzərində simlərin düzülüşü, sazın kökləri, mizrabın vurulma qaydaları, aləti səsləndirərkən bədənin əllərin vəziyyəti bu kimi digər tövsiyələrini veriblər

 

Kaspi.- 2008.- 13 iyun.- S. 15.