Mükərrəmoğlu M.

 

Sevda Məmmədəliyeva Fransanın  İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə ordeninə layiq görülmüşdür

 

Bu yaxınlarda Fransa Respublikasının Azərbaycandakı səfirliyində ordenin təqdimatı münasibətilə mərasim keçirilmişdir. Bu barədə məlumatı Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər. Məlumatda deyilir ki, tədbirdə səfirliyin müvəqqəti işlər vəkili cənab Can-İv Bertoİncəsənət ədəbiyyat sahəsində xidmətlərinə görəordenini Sevda xanım Məmmədəliyevaya təqdim etmişdir.
Təqdimetmə mərasimində Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayev, respublikamızda səfərdə olan Mərakeş Krallığının mədəniyyət turizm naziri xanım Turiya Cabran, dövlət hökumət nümayəndələri, tanınmış elm, mədəniyyət incəsənət xadimləri iştirak etmişlər. Çıxış edənlər Sevda xanım Məmmədəliyevaya təqdim olunan bu mükafatı bütövlükdə Azərbaycan mədəniyyətinə verilən mükafat kimi qiymətləndirmişlər.
Tədbirdə Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Can-İv Berto çıxış edərək S.Məmmədəliyevanın Azərbaycan elminin mədəniyyətinin inkişafında böyük xidmətləri olduğunu qeyd etmişdir. O, Avropa Şurası, YUNESKO kimi nüfuzlu təşkilatlarla ölkəmizin həyata keçirdiyi birgə layihələrin reallaşmasında nazir müavini xanım S.Məmmədəliyevanın fəaliyyətini xüsusi qiymətləndirmişdir. O, Azərbaycanın mədəni irsinin mühafizəsində S.Məmmədəliyevanın gərgin fəaliyyətini qeyd edərək Fransa dövlətinin bu xidmətləri yüksək dəyərləndirdiyini bildirmişdir. Cənab Can-İv Berto məşhur Luvr muzeyinin direktoru Anri Luaretin bu mükafatın təqdim olunması haqqında məlumat aldıqdan sonra tədbirə təbrik məktubu göndərdiyini iştirakçıların diqqətinə çatdırdı.
Mədəniyyət turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva
mərasimdə çıxış edərək demişdir:
Bu gün mənim üçün çox əlamətdar bir gündür. Bu gün mənə Fransa Respublikasının yüksək mükafatı – “İncəsənət ədəbiyyat sahəsində xidmətlərə görəordeni təqdim olunur. Böyük bir mədəniyyətə malik olan, Avropa mədəniyyətinin mərkəzi sayılan, bəşəriyyətə bir çox görkəmli yazıçı, şair, musiqiçi, bəstəkar, aktyor, rejissor, rəssam bəxş etmiş Fransa ölkəsinin ordeninə layiq görülmək böyük şərəfdir. Mənə göstərilən bu yüksək diqqətə görə Fransa hökumətinə, Fransa Respublikasının Azərbaycandakı səfirliyinə öz dərin minnətdarlığımı bildirirəm. Bu mükafatı Azərbaycan mədəniyyətinə verilən yüksək qiymət kimi dəyərləndirirəm.
Fransa Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq əməkdaşlıq əlaqələrinin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoymuşdur. Bu əlaqələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyildir ki, prezident seçildikdən sonra həm ulu öndər Heydər Əliyevin, həm möhtərəm Prezidentimiz İlham Əliyevin ilk rəsmi xarici səfərləri məhz Fransa Respublikasına olmuşdur. Bu səfərlər çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığa dair bir sıra müqavilələr imzalanmışdır.
Fransanın Azərbaycan Respublikasındakı səfirliyi, başda hörmətli cənab Can-İv Berto olmaqla, Fransa mədəniyyətini azərbaycanlılara yaxından tanıtmaq məqsədilə əhəmiyyətli aparır. Səfirlik eyni zamanda respublikamızın mədəni həyatında da fəal iştirak edir. Hər il Fransa səfirliyinin təşəbbüsü ilə Azərbaycanın ayrı-ayrı şəhərlərində Frankofoniya günləri təşkil edilir, Azərbaycan muzeyləri Fransa Respublikasında ənənəvi olaraq keçirilənMuzeylər baharıaksiyasında iştirak edirlər.
Mütəmadi olaraq, Fransanın görkəmli incəsənət xadimləri Azərbaycana dəvət olunur. Eləcə Azərbaycanın sənət adamları Fransada keçirilən tədbirlərdə iştirak edirlər. Biz Fransadakı bütün mədəni tədbirlərimizin təşkilində Fransa hökumətinin, Fransa səfirliyinin dəstəyini həmişə böyük məmnuniyyətlə qəbul edirik.
Sonra natiq onu bu yüksək mükafata təqdim etmiş şəxslərə, Fransa hökumətinə, Fransa Respublikasının Mədəniyyət Kommunikasiya Nazirliyinə, Fransanın Azərbaycan Respublikasındakı səfirliyinə, şəxsən cənab Can-İv Bertoya dərin minnətdarlığını bildirdi.

Xalq qəzeti
.- 2008.- 19 iyun .- S. 9.