Sevda
Xarici mətbuat Samirlə
Elnurdan yazıb
Əcnəbilər
onları bəyəniblər
Xarici mətbuat Azərbaycanın "Eurovision"
müsabiqəsində ilk
çıxışını çox bəyənib. Bir çox elektron qəzet yazır ki, Azərbaycanın layihədə
çıxışı müsabiqənin
son 10 ilki tarixində ən parlaq çıxışlardandır.
Bu barədə "Kaspi"yə İctimai Televiziyadan məlumat verilib. Xəbərdə bildirilir
ki, xarici mətbuatın qeydlərində
Azərbaycanın çıxışının
böyük rezonans doğurduğu və bu il yeni
qatılan iki ölkədən finala keçən yeganə iştirakçı olduğu
vurğulanıb. Azərbaycanı "Odlar yurdu" adı ilə təqdim edən beynəlxalq mətbuat təmsilçilərimizin fevralın
2-də Azərbaycanda
keçirilən möhtəşəm
seçim turundan söz açıb, eyni zamanda, "Land of fire"
adlı şouda bir çox ölkədən mətbuat
nümayəndələrinin də iştirakını
qeyd edib.
Elnurla Samirdən də söz açan mətbuat nümayəndələri Belqradda
keçirilən konserti
xüsusi vurğulayaraq,
25 000 tamaşaçının toplaşdığı konsertdə
ən yaxşı iştirak edənlərdən
birinin məhz azərbaycanlı təmsilçilər
olduğunu diqqətə
çatdırıblar.
Elektron mətbuat həmçinin İTV-in sədri İsmayıl Ömərov və "Eurovision"un Azərbaycandakı nümayəndəliyinin
sədri Adil Kərimlinin fikirlərinə
də yer ayırıb. Elnurla Samirin çıxışına
gəlincə, beynəlxalq
mətbuat Elnurun operaya yaxın ifasını, Samirin
YUNESKO tərəfindən qorunan
Azərbaycanın qədim
vokal-mədəniyyəti
nümunəsi olan muğamı ifa etməsindən və aktyorluq məharətindən
bəhs edib. Beynəlxalq mətbuat kompozisiyanın quruluşunu
da tərifləyib.
Kaspi.- 2008.- 3 iyun.- S. 15.