Təranə
Simfonik Orkestr Münhen
festivalında
Bu günlərdə
Opera və Balet Dram Teatrının
rəhbərliyi Münhen
Opera Sənəti festivalının baş direktoru Lüdviq Baumandan teatrın simfonik orkestrinin və aparıcı solist Əməkdar artist Əvəz Abdullayevin bu mötəbər musiqi festivalında iştirakı
ilə bağlı rəsmi dəvət alıb. Teatrın mətbuat xidmətinin məlumatına
görə, orkestr Münhen festivalında artıq ikinci dəfə çıxış
edəcək. Musiqiçilərimizin
ötənilki uğurlu
çıxışını çox bəyənən
təşkilatçılar orkestri bu il
yenidən festivala dəvət edib.
İyulun 24-dən avqustun 4-nə kimi baş tutacaq
səfər çərçivəsində
orkestr C.Verdinin "Traviata", "Riqoletto"
və "Trubadur"
operalarının tamaşalarını
idarə edəcək.
Avqustun 3-də isə "Qrand Final" konsertində çıxış edəcək.
Teatrın solisti, Əməkdar artist Ə.Abdullayev isə "Riqoletto" operasında Riqoletto partiyasını ifa edəcək. Final konsertində bir sıra klassik dünya bəstəkarları
və eləcə də Azərbaycanın dünya şöhrətli
bəstəkarları Üzeyir
Hacıbəyov, Qara Qarayev və Fikrət Əmirovun əsərləri ilə çıxış edəcəklər.
Orkestri Münhen Opera Sənəti festivalının baş diriyoru Komeliya Fon Kerssenbrok və Opera və
Balet Teatrının baş diriyoru, Xalq artisti Cavanşir
Cəfərov idarə
edəcəklər.
Əvvəlki illərdə
olduğu kimi, bu il də
Azərbaycan Opera və Balet Teatrının
orkestri ilə yanaşı festivalda Münhen Opera Teatrının simfonik orkestri də iştirak edəcək.
Festivalda Avropanın və Latın Amerikasının müxtəlif
ölkələrindən, habelə
ABŞ və Yaponiyadan
olan ən yaxşı diriyor və vokalçıların
iştirakı da nəzərdə tutulub.
Kaspi.- 2008.- 4 iyun.- S. 12.