Ağaoğlu T.
Mərhum aktyor
Hacıbaba Bağırovu 40 ildən artıq idi
tanıyırdım. Dəfələrlə
yaxın-uzaq səfərlərə getmişdik.
Oynadığı tamaşaların
əksəriyyətinə, çəkildiyi filmlərin
hamısına baxmışam.
Səhnədə jestlər, nüanslar,
komik mimikalar nümayiş etdirsə də, həyatda ciddi, sərt xarakter, möhkəm iradə sahibiydi. Çox vaxt sevinci baxışlarında,
çöhrəsində aşkar
duyulsa da, qəm-qüssəsini ürəyində çəkərdi.
Ömrünün çox
çətin, dözülməz
anları, günləri
olub. Hələ
yeniyetmə çağlarından
dram dərnəyinə
gedərdi. Rəhmətlik
nənəsi əlindən
tutub onu əvvəl tamaşalara, sonra məşqlərə
aparardı. Üç
il teatr studiyasına gedib. Oranı bitirəndə göndərişlə Lənkəran
teatrına gəlib. Çox çəkməyib
ki, ora bağlanıb.
Yenidən Bakıya qayıdıb. Sonra yolu Krasnodar şəhərinə düşüb.
Müvəqqəti yaşadığı
ünvanda qonşusu erməni idi. Bir çox çətinliklər çəkəndən
sonra vətənə
qayıdıb. Mədəniyyət
Nazirliyinə iş üçün müraciətindən
sonra Gəncə teatrına göndəriblər.
Orada gördüyü
qayğını heç
vaxt unutmurdu. 1962-ci ildə Komediya Teatrı Gəncəyə
qastrola gəlmişdi.
Teatrın direktoru, son
dərəcə alicənab
insan, görkəmli bəstəkar Süleyman Ələsgərov, bir də baş rejissor Əliheydər Ələkbərov Hacıbaba
Bağırovu Bakıya
- gecə-gündüz
intizarında olduğu
Musiqili Komediya Teatrına dəvət ediblər.
Dahi Üzeyir Hacıbəyovun "Ər-arvad" tamaşası ilə fəaliyyətə
başlayan, sənətsevərlərin
rəğbətini qazanan
Musiqili Komediya Teatrı artıq 100 yaşına çatıb.
Sonradan dövlət statusu almış bu sənət ocağının qədrini
bilən, şərəfini
qoruyan, onun ünvanını, adını
uca tutanlardan biri də Hacıbaba
Bağırov olmuşdu.
O deyərdi: "Qismətim
məni bu teatra gətirdi ki, gülüm-güldürüm,
cəfalarım, kədərli
keçmişim yadımdan
çıxsınE" Dünyasını
dəyişməzdən az
əvvəl onunla yenə görüşüb
söhbətləşdik. Gördüm
ki, o özünü
gülümsəməyə məcbur edir. Həmin gün unudulmaz səhnə xadimindən eşitdiklərim
hələ də yaddaşımdadır:
"Aktyor gərgin əməyinin sayəsində
qazandığı əməkhaqqının
hesabına ailəsini
dolandırır. Onun kənardan əlavə gəliri yoxdur. Müsbət
keyfiyyətləri ilə
bu gün də örnək, nümunə olan rejissor Əjdər Sultanov deyərdi ki, tamaşaçı sevgisi, hörməti qazanmaq gündə yaraşıqlı, son dəblə, rəngarəng
kostyumlar geyinməkdən
min dəfə üstündür". Ömrünü,
taleyini, həyatını
sevdiyi sənətə, səhnəyə həsr edən
Hacıbaba Bağırov
əhatəsində çalışdığı
Nəsibə Zeynalova,
Lütfəli Abdullayev,
Ağadadaş Qurbanov,
Ağasadıq Gəraybəyli,
Bəşir SəfəroğluE
kimi cəfakeşlərdən
həmişə nümunə
götürməyə, öyrənməyə
çalışırdı.
O həm də uzun illər
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
aktyorluq sənətindən
dərs demişdi. İstedadlı tələbələri
var idi. Keçmiş sovet dövründə ali təhsilini başa vuran tələbələr
təyinatla məlum ünvanlara göndərilirdilər.
İndi belə
deyil. Diplom verib deyirlər ki, get, özünə iş tap. Onun tapdığı iş isə gələcək teatr sənətkarlığına
zəmanət vermir. H.Bağırov deyərdi ki,
gənclərə qayğı
göstərməliyik, onlara
sənət tarixindən
danışmalıyıq. Deməliyik ki, Sidqi Ruhulla
peşəsinin vurğunu,
əsl səhnə fədaisi olub. Oynadığı Qacar obrazını
bu günə qədər heç bir aktyor yarada
bilməyib. Ələsgər
Ələkbərovun Vaqifini,
Otellosunu heç kim elə
oynamayıb. Nəsibə Zeynalovanın qayınanasının
bənzəri hələ
də yoxdurE O həmişə belə arzularla yaşayırdı.
Təəssüf ki, indi səhnələrdə,
telekanallarda şit, bayağı hərəkətlərlə
atılıb düşürlər.
Aktyor oynayacağı rolu sevdirməli, rejissorun verdiyi mizanlar barədə düşünməli,
obrazın xarakterinə
uyğun ovqat yaşamalıdır. Hacıbaba Bağırov
həmişə belə
idi, ömrünün
axırına qədər
də peşəsinə
sadiq qaldı. 1962-ci ildə Musiqili
Komediya Teatrında bəstəkar Süleyman Ələsgərovun "Ulduz"
operettasında Möhsün
rolu ona həvalə ediləndə
fərəhini gizlədə
bilmədi. Hətta məşqlər
başa çatandan sonra da obrazın
xarakterini yaşayır,
sözlərini təkrarlayırdı.
Həmin
əsər əsasında
çəkilən eyni
adlı bədii filmdə yenə bu rolu oynadı.
Məlumdur ki, "Ulduz"
filmi dünyanın əksər ölkələrində
nümayiş etdirilib,
hər yerdə də maraqla qarşılanıb. Bu, aktyor üçün qələbə sevincidir,
əməyin təntənəsidir.
Teatr sənətimizin klassiklərinə,
korifeylərinə dərin
ehtiramı var idi. Səhnəyə çıxdığı ilk gündən müxtəlif
sənətkarlarla tərəf-müqabili
olub. Amma Nəsibə xanımı
heç unuda bilmirdi. O, həddən
artıq diqqətcil, qayğıkeş insan, oynayacağı rolun gələcəyini düşünən,
onunla yaşayan sənətkar idi. Onunla, eləcə də Səyavuş Aslanla "Hicran" tamaşasındakı
birgə yaradıcılığını
qürur hissi ilə xatırlayırdı.
Heyf ki, indi o cür
güldürən, düşündürən
əsərlər yoxdur.
Yazarlar bəhanə gətirirlər
ki, qonorar almadıqları üçün
yazmırlar. Məgər dahi
Üzeyir bəy, Mirzə Cəlil, Sabit Rəhman yaratdıqları əsərlərdən
təmənna umurdular?
Qətiyyən yox. Onlar doğma
xalqın sabahını
düşünər, araya-ərsəyə
sanballı, baxımlı
əsərlər gətirmələrindən
fərəh duyardılar.
Teatr səhnəsində yüzdən
artıq rol oynamış Hacıbaba Bağırov ondan artıq bədii filmə çəkilib.
Obrazların mənəvi-psixoloji sarsıntılarını, gərginliklərini,
sevinclərini varlığında
hiss edib. Ancaq daha
çox populyarlıq
qazanmağında, geniş
tamaşaçı auditoriyasında
tanınmağında Azərbaycan
Televiziyasının xidməti
də çox olub. Bəzən soruşardılar ki, hansı obraz sizin üçün
əzizdir? Suala bilərəkdən
cavab verməzdi.
Çünki hamısı ona
əziz idi.
Ötən əsrin 70-ci illərində
o zamankı dövlət
televiziyasının "Səhər"
bədii-publisistik verilişlərində
Sonqulu rolunda ekrana çıxardı.
Ünvanına yüzlərlə minnətdarlıq, təşəkkür
məktubu gələrdi.
Sonralar "Gülə-gülə",
"Bildirçinin bəyliyi",
"90 dəqiqə gülüş"
televiziya tamaşalarında
da oynadıE
Unudulmaz aktyor indiki dövrdə teatrın yaşamasına,
yaradıcı kollektivin
səylə çalışmasına
sənətin çətin,
amma sevincli sınaqlarından çıxmış
şəxs kimi münasibətini də bildirərdi. Ən böyük istəyi
Üzeyir bəyin
"Ər-arvad" tamaşasını
Şuşada oynamaq idi.
Hacıbaba Bağırov tez-tez
cəbhə bölgələrinə
gedərdi. Milli ordumuzun
zabitləri, əsgərləri
ilə görüşər,
onları güldürər,
daha mübariz, ayıq-sayıq olmağa həvəsləndirərdi. Hər dəfə əsgərlərdən
ayrılanda yenidən
görüşlərinə gələcəyinə söz
verərdi. Di gəl
ki, başqa işıqlı arzuları
kimi, bu vədini də özü ilə haqq dünyasına apardıE
Bir çox mükafata layiq görülmüş, orden
və medallarla təltif edilmiş xalq artisti Hacıbaba
Bağırov teatr, kino, televiziya tamaşaçılarının sevimlisi idi. Yumşaq səsi ilə mahnılar səsləndirməsindən,
ifalarından hamı həzz alardı. Musiqili Komediya Teatrının direktoru işləyərkən
orada çox işlər gördü və görmək də istəyirdi. Amma ömür vəfa etmədi. Əsl sənətkar heç
vaxt unudulmur. Səhnədə yeri boş görünən Hacıbaba
Bağırovun əziz
xatirəsi əziz tutulur, xidmətləri hörmətlə yad olunur.
Azərbaycan.- 2008.- 13 iyun.- S. 6.