Yusifova S.

 

Azərbaycanın Mərakeşlə mədəniyyət sahəsində əlaqələri genişlənir

 

Dünən mədəniyyət turizm naziri Əbülfəs Qarayev Mərakeş Krallığının mədəniyyət naziri xanım Turiyə Jabranı qəbul edib. Nazir Ə.Qarayev T.Jabranla ilk dəfə Liviyada, sonra isə Mərakeşdə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində gerçəkləşən tədbirlərdə görüşdüyünü söyləyib: "Həmin vaxt ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da sıxlaşdırmaq üçün saziş imzaladıq". Nazir bu sazişdən irəli gələrək indi Mərakeş krallığının nümayəndə heyətinin Azərbaycana səfər etdiyini dedi. Nazir Ə.Qarayev Azərbaycanın Mərakeşdəki mədəniyyət günlərinin çox yüksək səviyyədə keçirildiyini xatırladıb: " Azərbaycandan gedən mədəniyyət incəsənət ustalarımız Mərakeşin Mərkəzi Teatr binasında uğurla çıxış etmişdilər. Orada mədəniyyətimizlə bağlı çox yüksək səviyyədə tədbirlər keçirildi. 2009-cu ildə isə Azərbaycanda Mərakeş mədəniyyəti günləri olacaq".
   Mərakeşin mədəniyyət naziri öz növbəsində Azərbaycana səfərə gəlməklərindən məmnun olduqlarını, burada nümayəndə heyətinin mehribanlıqla qarşılandığını diqqətə çatdırıb. T.Jabran iki ölkənin nəinki mədəniyyət, eləcə bir çox sahələrdə əməkdaşlığının daha da inkişaf edəcəyindən əmin olduğunu vurğulayıb. Nazir 2009-cu ildə Bakıda keçiriləcək Mərakeş mədəniyyəti günlərinə böyük həvəslə hazırlaşdıqlarını deyib. T.Jabran nümayəndə heyətinin tərkibində Mərakeşin tanınmış mədəniyyət incəsənət xadimlərinin Azərbaycana gəldiyini bildirib. Nazir xalqının mədəniyyətinin çox zəngin qədim köklərə malik olduğunu, Bakıda keçiriləcək mədəniyyət günlərində Azərbaycan xalqının bunun əyani şahidinə çevriləcəyini qeyd edib.
   Görüş zamanı Bakıda Mərakeş mədəniyyəti günlərinin 2009-cu ilin sentyabr ayında
keçirilməsi razılaşdırılıb.
   

525-ci qəzet.- 2008.- 10 iyun.- S. 7.