“O olmasın,
bu olsun” yeni quruluşda
AzərTAc Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətinə istinadla xəbər verir ki, dahi
bəstəkarımız Üzeyir
Hacıbəyovun bütün
əsərləri öz
sadəliyi, milli koloriti, reallığı
ilə əsrlərin
sınağından şərəflə
çıxmış, nəsillər
və zövqlər dəyişsə də öz aktuallığını
qoruyub saxlamışdır.
Ötən əsrin əvvəllərində yazılan,
dəfələrlə bu
və ya digər teatr kollektivinin təsfirində
tamaşaya qoyulan, iki dəfə böyük ekranda canlandırılan “O olmasın,
bu olsun”un
qəhrəmanları yenə
də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsinə çıxmağa
hazırlaşır. Xalq artisti
Cənnət Səlimova
teatrın yeni rəhbərliyinin dəvəti
ilə bu məşhur əsəri tamaşaya qoyacaqdır.
Teatrın direktoru, əməkdar incəsənət
xadimi, sənətşünaslıq
namizədi Əliqismət
Lalayevin fikrincə, Cənnət xanım yetərincə səhnə
və həyat təcrübəsi olan, müasir düşüncəli
bir sənətkardır,
onun yozumunda “O olmasın, bu olsun”, yəqin ki, yenə fərqli
çalarlarla təqdim
olunacaqdır. Xatırladaq ki,
Cənnət xanım
1998- ci ildə məhz bu teatrın
səhnəsində həmin
əsərə quruluş
vermişdi. Onun yenidən
Üzeyir Hacıbəyovun
bu əsərinə müraciət etməsi də təsadüfi deyildir. Yaradıcı
heyət inanır ki, milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılması üçün
bu günün gəncliyi tariximizi daha dərindən öyrənməli, dahilərimizin
sənət nümunələri
ilə yaxından
Mədəniyyət tariximizi öyrənmək
istəyənlər üçün
bəzi faktların maraqlı olacağını
nəzərə alaraq
bildiririk ki, “O olmasın, bu olsun” ilk dəfə M.Maqomayevin rejissorluğu ilə 1913-cü ildə tamaşaya qoyulmuşdur.
1942-ci ildə isə o zaman öz istedadı ilə yaşıdlarından
seçilən gənc
rejissor Ş.Bədəlbəyli
ona təkrar səhnə həyatı vermişdir. Tanınmış
aktyorlar Əlihüseyn
Qafarlı, Aliyə Terequlova, Kamal Kərimov, Nəsibə Zeynalova, Lütfəli Abdullayev tamaşanın araya-ərsəyə gəlməsində
fəallıq göstərmişlər.
1954-cü ildə isə Soltan Şərifov dövrün
tələb və maraqlarına cavab olaraq, bu əsərin
səhnə yozumunu bir qədər dəyişdirməyə çalışmışdır.
Bu ənənəni 1985-ci ildə rejissor Vaqif İbrahimoğlu davam etdirmişdir. Son illərin yeni
quruluş cəhdi isə Cənnət xanım Səlimovanın qismətinə düşmüşdür.
Bu dəfə 1998-ci ilin səhnə təfsirindən xeyli fərqli bir quruluş nəzərdə
tutulmuş, yaradıcı
heyətin tərkibi də xeyli cavanlaşmışdır.
Cənnət Səlimovanın
budəfəki həmfikirləri
- quruluşcu dirijor Nazim Hacıəlibəyov,
əməkdar rəssam
İsmayıl Məmmədov,
baletmeysterlər Zakir və Yeganə Ağayevlər, xormeyster Vaqif Məstanov və dirijor Ziya Bağırovdur. Aktyorlara gəlincə, yeni quruluşda Məşədi
İbad obrazını
əməkdar artist Ramiz
Məmmədov canlandıracaqdır.
Gülnazı İnarə Babayeva
(ikinci ifaçı Nərgiz Kərimova), Sərvər rolunu Fərid Əliyev (Ramil Qasımov) oynayacaqlar.
Görkəmli səhnə ustaları,
respublikanın xalq artistləri Afaq Bəşirqızı və
Arif Quliyev də gənc həmkarları ilə bərabər səhnəyə
çıxacaqlar.
Teatr iyul ayının birinci ongünlüyündə
elə bu tamaşa ilə mövsümü başa vuracaqdır.
Teatrın direktoru Ə.Lalayev belə bir faktı da açıqlamışdır
ki, 98 yaşlı teatr bu il
ilk dəfə Türkiyənin
Qars şəhərində
Azərbaycan Demokratik Cümhuriyyətinin 90 illik
yubileyi münasibətilə
keçirilən şənliklərdə
uğurla iştirak etmişdir. Teatr rəhbərliyinin təşəbbüsü
ilə Rusiya Federasiyasının ən
böyük mədəniyyət
mərkəzlərindən biri sayılan Novosibirsk
Operetta Teatrının kollektivi
bu ilin sonunda
dahi bəstəkarımız
Qara Qarayevin 90 illik yubileyi münasibətilə “Coşğun
qaskoniyalı” əsərini
tamaşaya qoyacaqdır.
İki sahil.- 2008.- 14 iyun.- S. 8.