Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də
Səudiyyə Ərəbistanının mədəniyyət
və informasiya naziri İyad ibn Əmin Əl-Mədəni
qəbul etmişdir.
Dövlətimizin başçısı
ölkələrimiz arasında
əlaqələrin uğurla
inkişaf etdiyini bildirdi. Mədəniyyət sahəsində əməkdaşlığın
vacibliyinə toxunan Prezident İlham Əliyev Azərbaycanda Səudiyyə Ərəbistanı
mədəniyyəti günlərinin
keçirilməsinin bu
sahədə əlaqələrimizin
daha da genişlənməsi
işində əhəmiyyətli
rol oynayacağını
vurğuladı və
bu tədbirin xalqımızda Səudiyyə
Ərəbistanının tarixi,
mədəniyyəti barədə
geniş məlumat yaradacağını qeyd etdi. Dövlətimizin başçısı qonağın ölkəmizə
bu səfərinin ümumi əlaqələrimizin
genişlənməsi işinə
xidmət edəcəyinə
əminliyini ifadə etdi.
İyad ibn Əmin Əl-Mədən Azərbaycana səfərinin ilk dəqiqələrindən ölkəmizdə,
Bakı şəhərində
çox böyük inkişafın şahidi
olduğunu vurğuladı.
O, bu səfərin əhəmiyyətindən danışaraq,
ölkələrimiz arasında
mədəniyyət sahəsində
əməkdaşlığın genişlənməsi üçün
böyük perspektivlərin
olduğunu bildirdi.
Xalq qəzeti.- 2008.- 18 iyun.- S. 2.