Səudiyyə Ərəbistanının Mədəniyyət Günləri açıldı

 

Dünən Azərbaycan Dövlət Filarmoniyasında Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günlərinin rəsmi açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl Mədəni iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsi, perspektivi barədə danışıblar. Hər iki nazir mədəni əlaqələrin inkişaf etdirilməsinin digər sahələrdə əməkdaşlığa müsbət təsir göstərəcəyini bildirib. Nazirlər bir-birilərinə hədiyyələr verib, tədbir Səudiyyə Ərəbistanı Krallığının musiqiçilərinin konserti ilə davam etdirilib. Qeyd edək ki, iyunun 20-dək davam edəcək mədəniyyət günləri çərçivəsində konsertlər, sərgilər və tamaşalar nümayiş olunacaq.

 

Ekspress.- 2008.- 18 iyun.- S. 11.