Amerikalı karikaturaçının əsərləri sərgilənir
Kallagerin
50-yə yaxın əsəri sərginin
ekspozisiyasına daxil edilib
İçərişəhərdəki "Abşeron" Rəsm Qalereyasında tanınmış amerikalı karikaturaçı Kevin Kallagerin fərdi sərgisi təşkil olunub. Kallagerin
50-yə yaxın əsəri sərginin
ekspozisiyasına daxil edilib.
Məşhur karikaturaçının yaradıcılığını Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi təqdim etdirilirmişdir. K.Kallagerin Londonda çıxan nüfuzlu "Ekonomist"
jurnalının karikaturaçı rəssamıdır.
Rəssam 1977-ci ildə Harvard
kollecini fərqlənmə diplomu ilə bitirmiş və Böyük Britaniyaya köçmüşdür. Orada Brayton
basketbol klubunun üzvü olmuş, karikaturaçı fəaliyyətinə həmin illərdə başlamışdır. 1978-ci ildə "Ekonomist" jurnalı onunla karikaturaçı kimi əməkdaşlığa başlamışdır ki, bu da
həmin jurnalın 145 illik fəaliyyətində görürməmiş bir hadisə
idi. Londonda rəssam "Observer" "Sandi
Teleqraf", "Tudey"
vo "Meyl on Samdi" qəzet və jurnalları üçün də karikaturalar çəkmişdir. Rəssam vətənə 1988-ci ildə
qayıtmış və
"Baltimor San" qəzetində
karikaturaçı kimi
fəaliyyətə başlamışdır.
17 il ərzində
rəssam "Baltimor
San" üçün 4000-dən yuxarı karikatura çəkmiş, həmin
dövr ərzində
"Ekonomist" jurnalında,
demək olar ki, rəssamın hər həftə 2 əsəri çap olunmuşdur. Bu informasiya
vasitələrində çap
olunan əsərlərdən
təqribə 100 ədədi
dünyanın nüfuzlu
qəzet və jurnallarında ("Pravda", "Krakodil", "Deyli Yomiuri",
"Avstralian", "İnteneşnl
Herald Tribun", "Nyu-York
Tayms", "Taym",
"Nyusuik", "Vaşinqton
Post" vo s.) yenidən
dərc olunmuşdur
Rəssamın karikaturaları
bütün dünyaya
yayılmışdır. K.Kallagerin yaradıcılığı bir çox beynəlxalq mükafatlara
layiq görülmüşdür.
1982-ci ildə rəssam Böyük Britaniyanın Karikaturaçılar
Klubu tərəfindən
ilin ən yaxşı əsəri
mükafatını almışdır.
1990-cı ildə Macarıstanın Budapeşt
şəhərində keçirilən
Beynəlxalq Karikatura
Festivalında ən
yaxşı qəzet-jurnal
karikaturaçısı nominasiyası üzrə
mükafatlandırılmışdir.
1996-cı ildə İtaliyanın Piza şəhərində keçirilən
Beynəlxaiq Satira
Festivalında "Qrafika
İntermusionale Avard"
mükafatına layiq
görülmüşdür. Rəssamın əsərləri dünyanın bir sıra nüfuzlu qalereyalarında nümayiş
etdirilmişdir. Azərbayanda isə onun karikaturaları
ilk dəfə nümayiş
etdirilir. Bu karikaturalar, başlıca
olaraq, ABŞ-ın nüfuzlu dövlət xadimlərinə və
mühüm siyasi hadisələrə
həsr olunmuşdur.
Lakin Amerika cəmiyyətini
narahat edən digər məsələlər
də rəssamın
gözündən qaçmamışdır.
K.Kallagerin yaradıcılığı
bir rəmz sayıla bilər:
ABŞ vətəndaşları öz ölkələrinin
hakimiyyətinə tənqidi
yanaşır, lakin
bu onlara öz vətənlərini
sevməyə, ona loyal
olmağa və dövlət xadimlərinə
hörmətlə yanaşmağa
heç də mane olmur. Sərgidə rəssamın karkatura
janrında maraqlı
əsərləri nümayiş
olunur. Sərgi iyunun 24-ə qədər
davam edəcək.
Səs.- 2008.- 24
iyun.- S. 12.