Koreya rəqs qrupu Azərbaycan
səhnəsində
Musiqili
Komediya Teatrında Koreya Respublikasının
Azərbaycandakı səfirliyinin, Koreya fondunun və
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin
təşkilatçılığı ilə
"Çae" - Koreya ənənəvi incəsənət
qrupunun rəqs konserti keçirilib. Konserti
giriş sözüylə
açan Koreyanın Azərbaycandakı səfiri
ilk öncə "Çae" rəqs qrupu haqqında məlumat verib. O bildirib ki, "Çae" rəqs qrupu Çunq-Anq Milli Musiqi və
İncəsənət Assossasiyasının
üzvü olan kollektivdir. Bu incəsənət qrupu xanım Çae Hyonq Sunun rəhbərliyi
ilə adət-ənənə və yaradıcılığa əsaslanmış
səs, zərb alətləri və rəqs vasitəsilə Koreya mədəniyyətini
dünyaya nümayiş
etdirməklə məşğuldur.
Bu təşkilatın bütün
üzvləri Çunq-Anq
Universitetinin məzunlarındır
və onların fəaliyyəti xalqın mədəniyyətini yüksək
səviyyədə təbliğ
etməyə yönəlib.
"Çae" qrupunun rəhbəri Çae Hyonq Su Azərbaycana səfərindən məmnun
olduğunu bildirib.
"Azərbaycan haqqında
ətraflı məlumatım
olmasa da, nədənsə düşünürəm
ki, bu iki
xalqın incəsənəti
bir-birinə yaxındır. Ona görə də bu gün sizin
qarşınızda məharətimizi
göstərmək bizə
böyük zövq verir".
Daha sonra
rəngarəng geyimlərdə
səhnəyə çıxan
"Çae" rəqs
qrupu bir-birindən fərqli 10 rəqs nümayiş etdirib.
525-ci qəzet.- 2008.- 24 iyun.- S. 7.