Akifqızı Ş.


Meksikada ilk dəfə Azərbaycanın Respublika Günü qeyd edilmişdir

 

Meksikada ilk dəfə olaraq Azərbaycanın milli bayramı - Respublika Günü qeyd edilmişdir. Bu münasibətlə Meksikanın Prezidenti Felipe Kalderon, xarici işlər naziri xanım Patrisiya Espinosa paytaxt Mexikonun meri Marçelo Ebrard Azərbaycan dövlətini xalqını təbrik etmişlər. Mexikonun Milli Antropologiya Muzeyində təşkil edilən bayram mərasimində onların təbrik məktublarını ölkəmizin Meksikadakı diplomatik nümayəndəliyinə Xarici İşlər Nazirliyinin Avropa üzrə baş direktoru Xose İqnasio Madraso çatdırmışdır. Cənab Madraso Azərbaycanın milli bayramının Meksikada ilk dəfə qeyd edilməsindən məmnunluğunu söyləmişdir. Diplomat bildirmişdir ki, gənc demokratiya olan Azərbaycan siyasi müstəqilliyini iki dəfə əldə edən nadir ölkələrdəndir. Dövlətlərimiz arasında diplomatik münasibətlərin 16 yaşı olsa da, bu ilin yanvarında Meksikada Azərbaycanın diplomatik nümayəndəliyinin açılması ikitərəfli əlaqələrdə, xüsusilə iqtisadi mədəni sahələrdə yeni əməkdaşlıq mərhələsinə təkan vermişdir. Meksikanın xarici işlər nazirinin müavini Lordes Arandanın Azərbaycana bu yaxınlarda səfəri zamanı iki ölkənin diplomatiya akademiyaları arasında əməkdaşlığa dair razılaşma imzalanmış, bir sıra iqtisadi mədəni layihələrin mübadiləsinə qərar verilmişdir. Xose İqnasio Madraso Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya bu il nəzərdə tutulan səfərinin iki ölkə arasında daha yaxın əlaqələrə təkan verəcəyini bildirmişdir.
Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili İlqar Muxtarov 90 il əvvəl Şərqdə yaranan ilk demokratik dövlətin tarixindən danışmışdır. O demişdir ki, dünyəvi prinsiplərə əsaslanan ilk müstəqil dövlətimiz kimi, müasir Azərbaycan da tolerantlıq, demokratiya prinsipləri üzərində qurulmuşdur. Hazırda sürətlə inkişaf edən müasir Azərbaycanın ən başlıca çətinliyi Ermənistanın təcavüzü nəticəsində baş verən Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Ölkəmiz bu münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında beynəlxalq hüquq çərçivəsində dinc yolla həll edilməsinin tərəfdarıdır.
O demişdir ki, Meksikada diplomatik nümayəndəliyini açmaqla Azərbaycan əlaqələri möhkəmləndirmək, bölgə üçün əhəmiyyət daşıyan sahələrdə əməkdaşlığı artıraraq həm Meksika, həm bütün Latın Amerikası ilə daha yaxın münasibətlərin qurulmasına ümid edir.
Bayram tədbiri konsertlə davam etmişdir. İncəsənət xadimlərimizdən ibarət nümayəndə heyətinin üzvləri Azərbaycan milli klassik musiqi nümunələrindən, rəqslərdən ibarət proqram təqdim etmişlər. Nümayəndə heyətinin başçısı, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova Meksika incəsənət xadimlərini Azərbaycana səfərə dəvət etmişdir.

Xalq qəzeti.- 2008.- 1 iyun.- S. 5.