ABŞ-ın nüfuzlu Honolulu Advertiser qəzeti qadınların Beynəlxalq Bakı forumundan yazmışdır

 

Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğundan AzərTAc-a bildirmişlər ki, Havaya ştatının nüfuzlu "Honolulu Advertiser" qəzetinin 19 iyun buraxılışında Bakıda keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumda iştirak edən Ştatın Qanunvericilər Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, deputat Cin Vardın bu tədbir barədə məqaləsi dərc edilmişdir.
"Müsəlman qadınlar əlavə hüquqlar ilə bağlı açıq bəyanat verir: Təhsil dialoq qarşılıqlı anlaşmanın tərkib hissəsidir" başlıqlı məqalədə müəllif Azərbaycanda əllidən yuxarı ölkədən dəvət almış alim, diplomat yüksək rəsmi şəxslərin, xüsusən əsas etibarilə müsəlman qadınların iştirak etdikləri beynəlxalq forumun keçirildiyini qeyd etmişdir.
Cin Vard Azərbaycanı ABŞ-ın Havaya ştatı ilə müqayisə etməyə çalışmış onun çoxmillətli, müsəlman, yəhudi xristianların birgə yaşadığı ölkə olduğunu vurğulamışdır.
O, həmçinin Azərbaycanın İpək yolunun bir hissəsi olduğunu, sivilizasiyaların kəsişməsində yerləşdiyini bu ölkənin qadınların hüquqlarının təşviqi istiqamətində nümunə olduğunu qeyd etmişdir.
"Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumunun iştirakçısı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çıxışından sitat gətirərək ölkədə qadınların geniş hüquqlarının olduğunu, burada qadınlara ABŞ-dan öncə seçmək seçilmək hüquqlarının verildiyini bildirmişdir.
Məqalədə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumun qadınların hüquqlarının təşviqi işində mühüm rol oynayacağı tədbirdə bütün dünya dövlətlərini Qərb ilə Şərq, kişi ilə qadın, müsəlman ilə qeyri-müsəlman arasında anlaşmanın daha da artırılması üçün başlıca amil olan təhsil dialoqun təmin edilməsinə çağıran Bakı Bəyannaməsinin qəbul edildiyi qeyd olunmuşdur.

 

Azərbaycan.- 2008.- 21 iyun.- S. 1.