Beynəlxalq Forumun bir qrup iştirakçısı Azərilmə MMC- olmuşlar

 

İyunun 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumda iştirak etmək üçün ölkəmizə gələn Polşanın birinci xanımı Mariya Kaçinski, Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbeke, Latviyanın birinci xanımı Lilita Zatler, Anqolanın birinci xanımı Ana Paula duş Santuş, İslam Konfransı Təşkilatının baş katibinin xanımı Füsun İhsanoğlu "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşlar.
Qonaqlara məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim el sənətlərindən biridir, xalı xalçalarımız dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.
1996- ildən fəaliyyətə başlayan bu müəssisənin məhsulları ABŞ, Almaniya
, Avstriya, İngiltərə, İtaliya, Yaponiya Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. Naxışların incəliyi yüksək sıxlığı, tərtibatın orijinallığı ilə seçilən xalçaların istehsal prosesi bütün beynəlxalq standartlara cavab verir. İplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış çeşnilərdən götürülür.
Müəssisədə toxunmuş "Şeyx Səfi" xalısı qonaqların diqqətini daha çox cəlb etdi. Bildirildi ki, əsli Londonda saxlanılan Təbriz xalçaçılıq məktəbinə aid olan 37 kvadratmetrlik "Şeyx Səfi" xalısına 9,25 milyon ilmə vurulmuşdur.
Xanımlar toxuma prosesini maraqla izlədilər. Leyla xanım Əliyeva toxunuşu davam edən xalçaya bir neçə ilmə vurdu.
Xanımlar qalereyanın açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına baxdılar. Qonaqlar xalçalarımızın gözəlliyinə valeh olduqlarını bir daha vurğuladılar, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasını, Mehriban xanımın bu işlərə hamilik etməsini yüksək qiymətləndirdilər.
Xanımlara xatirə hədiyyələri təqdim edildi. Sonra çay süfrəsi arxasında Azərbaycan xalçaçılıq sənətinə dair söhbət davam etdirildi.

Xalq qəzeti.- 2008.-12 iyun.- S. 3.