YUNESKO-nun nümayəndə
heyəti Bakı forumunun yüksək səviyyədə təşkil
olunduğunu bildirmişdir
Heydər Əliyev
Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun
dəstəyi ilə Bakıda keçirilmiş
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq
forumda iştirak edən YUNESKO-nun nümayəndə
heyətinin üzvləri Azərbaycanın bu qurum
yanındakı daimi nümayəndəsi Eleonora Hüseynovaya
telefon zənglərində və ünvanladıqları
məktublarda yüksək səviyyədə təşkil
olunmuş Bakı forumundan aldıqları xoş
təəssüratları qeyd etmişlər.
YUNESKO-nun qadınlar və
gender bərabərliyi
bölməsinin başçısı
xanım Gülsər
Corat forumda iştirakından böyük
məmnunluq duyduğunu,
Azərbaycanda və dünyada gender məsələsinin həlli
istiqamətində birgə
fəaliyyət göstərməkdən
şərəf hissi keçirdiyini, Bakının gözəlliyindən,
yeni tikintilərindən,
insanların səmimiliyi
və qonaqpərvərliyindən
xüsusi zövq aldığını, bundan
sonra ölkəmizlə
birlikdə gendər sahəsində əlaqələri
davam etdirməkdə maraqlı olduğunu bildirmişdir.
Mərakeş Krallığının
YUNESKO yanındakı daimi
nümayəndəsi səfir
Əzizə Bennani məktubunda səmimi qəbul edildiyini, səfərinin faydalı olduğunu vurğulamışdır.
Zəngin insan, mədəniyyət,
turizm, enerji və sair potensiala
malik, inkişaf və irəliləyişdə
olan, dünyaya açıq ölkəmizin
vətənpərvər rəhbərliyini
tanımaqdan böyük
zövq aldığını
bildirmiş, dost Azərbaycana yüksək
rifah və tərəqqi arzularını
ifadə etmişdir.
ALEKSO-nun daimi nümayəndəsi Səidə
Şarfəddin isə
öz məktubunda yazır: "Forumda iştirakım və ölkənizi kəşf
etməyim mənə
unudulmaz və olduqca təsirli anlar bağışladı.
Bunun üçün
Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ən dərin minnətdarlığımı
bildirmək istəyirəm.
Çox gözəl təşəbbüs olan
bu forumun uğuru gələcəkdə bizim üzərində işləməli
olacağımız problem
və sualların müəyyən edilməsinə
imkan yaratmışdır.
Müxtəlif mədəniyyətlərin
təmsilçiləri olan
forumun çoxsaylı
iştirakçıları qarşılıqlı anlaşma
yolunda mühüm addımlar atmışlar.
Füsunkar ölkənizin
yüksək sivilizasiyası,
zəngin və qədim tarixi, mənzərələrinin gözəlliyi
və rəngarəngliyi,
xalqınızın qonaqpərvərliyi
məni valeh etmişdir. Azərbaycan Qərbə və Şərqə xas olan ən gözəl
cəhətləri özündə
birləşdirmiş nadir
ölkələrdən biridir.
Ona əmin-amanlıq, xoşbəxtlik
və davamlı inkişaf arzulayıram".
Azərbaycan.- 2008.- 28 iyun.- S. 7.