Ağaoğlu T.

 

Yeni kitabın təqdimatı olmuşdur

 

M.F.Axundov adına Milli Kitabxanada nakam şair, ömrünün gənclik çağlarında arzu-istəkləri ürəyində qalmış Mikayıl Müşfiqin yubileyi münasibətilə işıq üzü görmüş üçcildlik əsərləri toplusunun təqdimatı olub. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov dedi:
- Sözə, sənətə, sənətkara daim dəyərli qiymət verən respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə unudulmaz şair Müşfiqin anadan olmasının 100 illiyi münasibəti ilə ölkəmizin bütün kənd, qəsəbə, şəhərlərində silsilə tədbirlər keçirilir. Kitabxanada Mikayıl Müşfiqi fotoşəkillərdə, xatirələrdə yaşadan nümunələrdən ibarət guşə yaratmışıq. Burada onun həyat yaradıcılığına aid yadigarlar nümayiş etdirilir. Bugünkü tədbirin səbəbi isə Mədəniyyət Turizm Nazirliyinin qayğısı, təşəbbüsü ilə "Avrasiya-press" nəşriyyatı tərəfindən çap olunan üç cilddən ibarət "Mikayıl Müşfiq" kitabının təqdimatıdır.
Daha sonra xalq şairi Zəlimxan Yaqub dedi: - Mikayıl Müşfiqin ömrü qısa olub. Zamanın amansızlığı onu erkən yaşlarında məhv edib. Lakin illər, qərinələr ötüb keçsə o, unudulmur, hörmətlə yad olunur, sevilir. Bu misraları isə dillər əzbəridir:
Yazmaram, ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa.
El kəsib qarşımı burdaca sordu:
Gözdən yaş çıxarmı ürək yanmasa?
Qönçə açılarmı bahar olmasa?
Şölə titrəyərmi ruzgar olmasa?
Bu nəğmə ruhumdan qoparmı bilməm
Mənə ilham verən dostlar olmasa...

Ömrünün yarıdan çoxunu unudulmaz şairin həyat yaradıcılığının tədqiqinə, təbliğinə həsr etmiş, yeni işıq üzü görən üçcildlik "Mikayıl Müşfiq" kitabının tərtibçisi redaktoru Gülh
üseyn Hüseynoğlunun çıxışı alqışlarla qarşılandı. Sonra bədii hissədə xatirəsi əziz tutulan şairin şeirləri sözlərinə bəstələnmiş mahnılar səsləndi.

 Azərbaycan
.- 2008.- 19 iyun.- S. 12.