Heydər Əliyev və mədəniyyət
kitabının müzakirəsi keçirildi
Ötən gün Sumqayıt şəhərinin Mərkəzi Kitabxanası Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin layihəsi ilə
hazırlanmış "Heydər Əliyev və mədəniyyət"
kitabının müzakirəsini keçirdi.
Tədbir Qurtuluş Gününün
15-ci ildönümünə
həsr edilmişdi.
1993-cü ilin 15 iyun günü müasir tariximizin ən şanlı səhifəsi, xalqımızın nicat günüdür. Həmin gün xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan
Ali Sovetinin Sədri seçildi
və xalqımız dərin sarsıntılardan qurtararaq, gələcəyinə
inam və ümidlə baxmağa başladı. Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının sədr müavini O.Allahverdiyev, şəhər MKS-nin direktoru Y.Əhmədova, kimya elmləri doktoru, akademik
M.Salahov, Sumqayıtın Tarix Muzeyinin direktoru O.İslamova və b. çıxış edərək, Heydər
Əliyevin mədəniyyətə
qayğısından, bu
sahədə görülən misilsiz işlərdən söhbət açdılar. Tədbirdə
Sumqayıt şəhər mədəniyyət və
turizm idarəsinin rəisi N.Qafarov,
şəhərin tanınmış ziyalıları
iştirak edirdilər.
Səs.- 2008.- 12 iyun.- S. 12.