MDB ölkələrinin
V beynəlxalq Kitab sənəti müsabiqəsi
keçirilmişdir
AzərTAc Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iyunun
5-6-da MDB İcraiyyə Komitəsinin
dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində Dövlətlərarası
Şurasının qərarı
ilə Moskva şəhərində MDB ölkələrinin
V Beynəlxalq "Kitab
sənəti" müsabiqəsi
keçirilmişdir. Tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin Nəşriyyat, reklamın
təşkili və informasiya şöbəsinin
nəşriyyat sektorunun
müdiri Çingiz Əlioğlu da münsiflər heyətinin
tərkibinə daxil edilmişdir.
Ənənəvi iştirakçılar
olan MDB ölkələrindən
əlavə, Litva
naşirlərinin də
yarışa qoşulması
builki yubiley müsabiqəsinin fərqli
cəhəti olmuşdur.
Müsabiqədə Azərbaycan
kitabı bu dəfə də uğur qazanmışdır.
Müsabiqənin yeddi
nominasiyanın ikisində
Azərbaycan kitabı
qalib gələrək
birinci yeri tutmuşdur. Bunlar Heydər Əliyev Fondu ilə İTAR-TASS-ın birgə layihəsi olan "Qeydar Aliev: "V Rossii çastc moey duşi..." fotoalbomu ("Sodrujestvo"
nominasiyası) və
"Şəki xan sarayı" ("Moə
strana" nominasiyası)
nəşrləridir.
"Qran-pri"də
cəmi bir mükafat verildiyindən
40,5 xalla ikinci yeri tutan "Faiq Natavan. Alim"
kitabına "Milli sənətin yüksək
təbliği" xüsusi
diplomu verilmişdir.
Bundan əlavə, daha iki kitabımız digər nominasiyalarda fərqləndirici diplomlara
layiq görülmüşdür
(Ç.Qadjar. "Starıy
Baku" Altunkitab-2007 və
"Elcçin. Pcesı"
(Çinar-Çap-2007).
Beləliklə, müsabiqəyə
təqdim olunan iyirmi Azərbaycan kitabından beşi müxtəlif dərəcəli
mükafatla fərqləndirilmişdir.
Müsabiqənin şərtlərinə
görə, mükafatların
təqdimetmə mərasimi
bu ilin sentyabr
ayının 6-da XXI Moskva
Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçiriləcəkdir.
Azərbaycan.- 2008.- 13 iyun.- S. 5.