Mütəxəssislərimiz beynəlxalq konfransda
Mədəniyyət
və Turizm Nazirliyinin məlumatına əsasən, hər il
Krımda "Kitabxanalar və informasiya resursları müasir
elm, mədəniyyət, təhsil və biznes aləmində"
mövzuda konfrans keçirilir.
Azərbaycanın
kitabxana mütəxəssisləri də "Krım-2008"
beynəlxalq yubiley konfransında iştirak edirlər
(C.Cabbarlı adına Respublika Gənclər,
F.Köçərli adına Respublika Uşaq kitabxanalarının
direktorları, Gəncə şəhər və Astara rayon
MKS-lərinin direktorları, Prezident Kitabxanasının,
Xəzər və Qafqaz Universiteti kitabxanalarının
mütəxəssisləri və s.).
Konfransın birinci iclas
günü Azərbaycan mədəniyyətinin,
incəsənətinin və tarixinin təbliğinə,
habelə, ölkəmizin kitabxana sahəsinə və elektron
kitabxanaların inkişafına həsr olunacaqdır.
"Krım"
konfransı kitabxana, nəşriyyat, informasiya
mərkəzləri, muzey və arxivlər, elm,
mədəniyyət və təhsil
müəssisələrinin rəhbər və
mütəxəssislərinin, habelə, kompüter və
internet-kompaniyalarının dünya peşəkar forumudur.
Konfrans İFLA-nın (İnternational Federation
of Library Association) himayəsi ilə keçirilir.
"Krım-2008" konfransının
əsas mövzuları
- dünya informasiya infrastrukturu və informasiya cəmiyyətində
kitabxanalararası kooperasiya;
fondların formalaşdırılması
və qorunması; kitabxanaların qarşılıqlı
fəaliyyəti; kitabxanalarda
və kitab yayımı sahəsində
onlayn texnologiyalar;
CD-ROM, elektron nəşrlər
və internet; elektron kitabxanalar və elektron resurslar; avtomatlaşdırılmış kitabxana sistemləri və informasiya texnologiyaları; kitabxana, muzey və arxivlər
vahid informasiya və incəsənət məkanında; milli dillərdə fondların
formalaşdrrılması problemləri;
korporativ kitabxana-informasiya
sistemləri, korporativ
texnologiyalar və kitabxana konsorsiumları; kitabxana-informasiya sisteminin informasiya linqvistik təminatı. Kitabxana formatları; elektron
informasiyanın etikası
və təhlükəsizliyi;
informasiyaya açıq
daxilolma və informasiyanın açıq
arxivləri; hüquqi
informasiya və s. ibarətdir.
Səs.- 2008.- 12 iyun.- S. 12.