Hacızadə A.
Azərbaycan “İnturmarket-2008” beynəlxalq turizm sərgisində təmsil olunmuşdur
Martın 18-də Moskvada
möhtəşəm "Krokus Ekspo" sərgi kompleksində
"İnturmarket-2008" illik beynəlxalq sərgisi başa çatmışdır.
Bu mötəbər forumda dünyanın 50 ölkəsindən
1500, o cümlədən
Rusiyanın 75 regionundan
800 turizm şirkəti
ilə yanaşı, Azərbaycan da təmsil olunmuşdur. Ölkəmizin turizm potensialını Mədəniyyət
və Turizm Nazirliyi və bir sıra turizm
şirkətləri təqdim
etmişlər.
Köhnə Bakı üslubunda tərtib edilən Azərbaycan stendində kitabçalar,
plakatlar, jurnallar təqdim olunmuş, ölkəmizin görməli
yerləri, müasir tipli turizm obyektləri,
ümumiyyətlə, turizm
potensialı və bu sahədə cəlbediciliyindən bəhs
edən foto və videomateriallar nümayiş etdirilmişdir.
Sərgi iştirakçıları
ötən mövsümə
yekun vurmuş və gələn il üçün inkişaf meyillərini müəyyənləşdirmişlər. Bu sərgidə iştirak Azərbaycanın turizm potensialının xarici bazarlara çıxarılması
istiqamətində görülən
işlərin planlı
şəkildə genişləndirilməsinə,
yeni işgüzar əlaqələrin yaradılmasına
və inkişafına,
təcrübə mübadiləsinə
kömək etmişdir.
Azərbaycan.- 2008.- 19
mart.- S. 7.