Mükərrəmoğlu M.

 

"İTB Berlin" Beynəlxalq turizm sərgisi

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 5-9 mart 2008-ci il tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən "İTV-Berlin" Beynəlxalq turizm sərgisində böyük nümayəndə heyəti ilə iştirak edib.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, sərgidə iştirak etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Berlin şəhərinə ezam edilmişlər. Həmçinin Azərbaycanı "Natiq" ritm qrupu, rəqs qrupu, muğam üçlüyü, Azərbaycanda fəaliyyət göstərən 16 turizm şirkətinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.

2008-ci il Almaniyada Azərbaycan ili elan edildiyini nəzərə alaraq, respublikamızın turizm potensialını yüksək səviyyədə təbliğ etmək məqsədi ilə nazirlik tərəfindən qeyd olunan sərgidə 137 kvadrat metr sahəsi olan lövhə icarəyə götürülərək, xarici şirkət tərəfindən quraşdırılmışdır. İştirakçılara və ziyarətçilərə təqdim etmək məqsədilə alman dilində nəşr olunmuş reklam-çap məhsulları və milli koloriti əks etdirən suvenirlər aparılmışdır. Eyni zamanda, Almaniyanın KİV- təbliğatın aparılması üçün bir sıra tədbirlər görülmüşdür.

Qeyd etmək istərdik ki, Mədəniyyət Turizm Nazirliyinin növbəti dəfə iştirak etdiyi "İTV-Berlin" Beynəlxalq turizm sərgisi dünyada təşkil olunan ən böyük turizm sərgilərindən biridir.

 

Xalq qəzeti. -2008.- 13 mart.- S. 6.