Səudiyyə Ərəbistanı Azərbaycanın mehmanxana
biznesinə sərmayə
qoymaq niyyətindədir
Martın
18-də Azərbaycanın Baş naziri Artur Rasizadə
ölkəmizdə qısamüddətli səfərdə
olan Səudiyyə Ərəbistanının Şahzadəsi
əl-Valid bin Təlal bin Əbdüləziz Al Səud ilə
görüşmüşdür.
Azərbaycan hökumətinin
başçısı son
illərdə iki ölkə arasında bütün sahələrdə
fəal inkişaf edən əlaqələrdən
danışmış, BMT Baş
Məclisində Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı qətnaməyə səsvermə
zamanı prinsipial mövqeyinə görə
Səudiyyə Ərəbistanı rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Baş nazir əminliyini söyləmişdir
ki, Səudiyyə Ərəbistanı nümayəndə
heyətinin budəfəki
səfəri ikitərəfli
münasibətlərin inkişafına
təkan verəcəkdir.
Şahzadə əl-Valid bin Təlal
Azərbaycan iqtisadiyyatının
dinamik inkişaf etdiyini vurğulayaraq demişdir ki, Bakıda gedən geniş tikinti işləri buna daha bir sübutdur.
O, ümidvar olduğunu
bildirmişdir ki, Azərbaycanın təşəbbüsü
ilə regionda həyata keçirilən
qlobal energetika layihələri Azərbaycan
xalqının rifahının
yüksəlməsinə xidmət
edəcəkdir.
Konkret layihələrin
gerçəkləşdirilməsindən
danışan Şahzadə,
mehmanxana biznesi, o cümlədən “Kingdom Hotels International” şəbəkəsi
mehmanxanasının açılması
sahəsində Azərbaycanla
əməkdaşlıq etmək
niyyətində olduğunu
bildirmişdir.
Xalq qəzeti.- 2008.- 19
mart.- S. 2.