10 rəssamın 40-a yaxın əsəri nümayiş olunur

 

"Azərbaycan dünyası" qalereyasında "Göyərçin" jurnalının 50 illiyinə həsr olunmuş bədii sərgi açılıb.

"Azərbaycan dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin, Rəssamlar İttifaqının, "Göyərçin" jurnalı redaksiyasının birgə təşkil etdikləri sərgidə, əsasən, jurnalda çalışan 10 rəssamın 40-a yaxın əsəri nümayiş olunur.

Müxtəlif vaxtlarda "Göyərçin" jurnalında çap olunmuş bu rəsmlər uşaqlar, eləcə , sənətsevərlər tərəfindən maraqla qarşılanır.

Qeyd edim ki, qalereyanın müdiri, xalq rəssamı Arif Hüseynovun əlamətdar yubiley münasibətilə açılmış sərgidə əməyi böyükdür.

Sərgi martın axırınadək davam edəcəkdir.

 

Səs.- 2008.- 14 mart.- S. 12.