Ülvi A.
Ovqatımızın
Səttar səhifəsi
Səttar Bəhlulzadə...
Bu ad neçə illərdir ki, dildə-dodaqdadır.
Uşaqdan-böyüyə hər birimizə tanış
və doğmadır. Azərbaycanın xalq rəssamı,
Dövlət mükafatı laureatı Səttar
Bəhlulzadənin fırçasında təbiətimizin
gözəllikləri bir daha yağlı boyalarla kətan
üzərinə köçüb. Dünyanın nüfuzlu
sərgilərində Azərbaycan rəssamı qeyri-adi
sənətkar kimi şöhrət qazanıb. Milyonlarla insanın
qəlbini fırçasının qüdrəti ilə
fəth edib, dünyanın məşhur sənətkarları
sırasında özünə yer alıb. Yüzlərlə
peyzaj lövhələri, naturadan etüdlər,
saysız-hesabsız rəsm əsərləri - bu misilsiz
sənət nümunələri, sənətkarlıq
məktəbi ilə Səttar Bəhlulzadə ölməzdir.
O, təbiətin torpaq qoynunda əbədiyyatdadır.
Səttar Bəhlulzadə səhifələrə
sığışmayan ömür yaşayıb. Ovqatımızın
Səttar səhifəsini dünyanın məşhur
bəstəkarlarından və Azərbaycan xalqının
böyük şəxsiyyətlərindən biri Bakı
Musiqi Akademiyasının professoru Arif Məlikovla olan
söhbətimizdə vərəqləyirik:
- Arif müəllim, ölməz
sənətkarımız Səttar Bəhlulzadəni lıansı
duyğularla anırsınız?
- Səttar çox
maraqlı insan idi. Onun dünya şəxsiyyətləri içərisində
sevdiyi iki böyük düha var idi: Füzuli və Bax.
Bunları nə üçünsə özü
üçün mayak seçmişdi və dərin
çətinliklərə düşəndə, böyük
dünya problemlərinə dalanda bu iki şəxsiyyət
Səttarın gözünün qabağında olub. O,
bunları gizlətmirdi, danışırdı. Səttar
əsasən peyzaj janrında işləyən rəssam olub.
Amma onun rəsmləri içərisində Füzuli portreti
bir neçə variantda işlənib. Orada da Səttarın
öz dəst-xətti görünür. Bir şeyə heyfsilənirsən
ki, Səttar kimi dahinin rəsmləri xaricdə yüksək
səviyyədə çap olunmayıb. Tutaq ki, İtaliyada,
Yaponiyada - harada ki, o nəşrlər poliqrafık
cəhətdən müəllifə, orijinala daha yaxın
olur. Çox təəssüf ki, bunları indiyəcən biz
eləməmişik və dünyada Səttar kimi dahini
tanıtdırmamışıq. Səttarla uzun illər dostluq
etmişik. İş otağımda hərdən 8 saat, 10 saat
söhbətimiz olurdu. Bəzən olub ki, mən dərsə
getmişəm, o, mənim çalışma otağımda
divanda bardaş qurub oturaraq siqaret çəkib,
evdəkilər ona qulluq edib. Dərsdən qayıdırdım
və söhbətimiz yenə davam edirdi. Hisslə yaşayan
insan idi. Vəfatından bir neçə il qabaq onda belə
bir ovqat yaranmışdı: o, darıxırdı. Gəlirdi
yanıma, bir az söhbətdən sonra deyirdi ki, havam
çatmır, ınəni Bakıdan çıxar. İşim-gücüm
çox olsa da, onu maşınıma mindirib hara istəsə
ora gedirdik. Bu səfərlərin nəticəsi idi ki, bir dəfə
Gəncəyə getmişdik. Çox rəssamlar
Göy-gölü çəkiblər, amma aşağı
hissədən görüntüyə alıblar. Yuxarıdan
isə ancaq Səttar çəkib.
- Bu, yəqin ki,
"Kəpəzin göz yaşları" əsəridir.
"Kəpəzin göz yaşları" kimi möhtəşəm
bir əsərlə bütün yer üzünü gəzib
dolanmaq olar və nəticədə Azərbaycan
rəssamlıq məktəbinin, Azərbaycan rəssamlıq
sənətinin qüdrəti ilə dünyanı heyran qoymaq
olar.
- Bəli.
Göygölü çəkib qurtarandan sonra bu sənin
rəsmindir - dedi.
- Götürə
bilmərəm, hər dəfə rəsmlərinin
zirvələrini mənə bağışlayırsan,
Səttar. Ümumiyyətlə, ona həmişə deyirdim ki,
bu əsərlər mənim evimdə qalmalı deyil,
gərək dünyanın sərgi salonlarında gəzsin.
- Səttarla, dostluq
münasibətlərinizin müəyyəıı
məqamlarından söz açmaq çətin deyil ki?
- Bir dəfə o,
məni emalatxanasına dəvət etmişdi. Bununla belə
əvvəllər də onu tanıyırdım. Uzun illər
münasibətimiz olub. O, Əmircanda yaşayırdı.
Rəssamlar İttifaqında isə emalatxanası var idi.
Dəfələrlə saatlarla söhbətlərimiz olub.
Bilirsiniz, insani dostluq var idi. Bir də ki, mən
bəstəkaram, ürəyini mənim yanımda boşalda
bilərdi, ona ehtiyacı var idi. Səttar mənim evimdə
indi də yaşayır. Bir neçə gözəl
rəsmləri evimdə divardan asılıb. Deməli, onu
yaddan çıxara bilmərəm. Hər gün o
rəsmləri görəndə Səttarla rastlaşıram.
Səttar xəstələnəndə burada da, Moskvada da onunla
mən də maraqlanmışam. 60 yaşı olanda Moskvada bir
sərgi keçirmək istəyirdilər. O sərginin
təşkilatıyla mən məşğul olurdum. Dostluqda
insanlar gərək bir-birinə səmimi və saf
olsunlar.Axır gününə qədər ona sadiq oldum. O da
sadiq dost idi. Heykəltəraş Ömər Eldarov
rəssamın qəbri üstündə Əmircanda çox
gözəl bir heykəl düzəldib. Boş
çərçivə içərisində
görüntülər təbii olaraq tez-tez dəyişir.
Səttar çox şeylərə layiqdir. Xalqımız
fəxr edə bilər ki, Azərbaycanı bu gün də,
gələcəkdə də zirvələrə qaldıran
belə oğulları var.
- Səttar böyük
sənətkar olduğu kimi, böyük də şəxsiyyət
idi - dostları, onu
şəxsən tanıyan insanlar belə deyir, belə
yazırlar.
- Hərdən sual
verirlər ki, nə üçün sən Səttarla
saatlarla oturub belə söhbətlər edə bilirsən.
Bizdə belə bir musiqi forması var - variasiya, yəni bir
mövzu əsasında yeni-yeni çalarla o mövzunun daxili
potensialı açılır. Kənardan Səttarı o
qədər bilməyən, tanımayan adama elə
gələrdi ki, Səttarın danışığında təkrarçılıq
var. Yox, o, təkrarçılıqda həmişə nə
isə bir yenilik olardı. Ona görə o yenilikləri duymaq
üçün gərək onu sakit və uzun vaxt
dinləməyi bacarasan. Yadıma gəlir ki, bir dəfə
xaricdən Səttar üçün boyalar və fırçalar
gətirmişdim. O fırçaları Səttar qıyıb
işlətmədi.
- Onun ınusiqi duyumunu
necə xarakterizə etmək olar?
- Səttarın rəng
palitrası kimi musiqi palitrası da geniş idi. Həyatda musiqi aləmindən çox
şeylər onun xoşuna gəlirdi. Amma bir
şəxsiyyəti özü üçün etalon
etmişdi.
- Deyirlər Səttar
qeyri-adi insan olub. Onun qeyri-adiliyi nədə idi?
- Hərdən o
bükülüb elə oturub ki, sanki sümüksüz
insandır. Ümumiyyətlə, o, bardaş qurub rəsm
çəkməyi sevirdi. Onun çox gözəl
gözləri var idi. Mən bir dəfə Səttarın
böyük bir portretini çəkdim. Uzun müddət
fıkirləşdim ki, Səttarın gözlərini nə rəngdə verim? Səttarın
gözləri rəngini dəyişirdi. Gah sarı olurdu,
gah göyləşirdi, gah
dərinləşirdi, gah irəliyə gəlirdi. Çox maraqlı
və gözəl gözləri var idi. Əgər belə
baxsan, mənim üçün o, gözəl bir insan idi. Onun
barmaqları, əlləri danışanda hərəkətdə
olurdu. Uzun barmaqları var idi. Elə bil o, sözünün
və ya fıkrinin davamını barmaqlarında
hərəkət etdirirdi. Onun haqqında söz demək də çətindi.
Bəzi şeylər hissiyyatla bağlıdır. Bu
hissiyyatı sözlə ifadə etmək o qədər də
asan deyil. Bir şeyi demək olar ki, Azərbaycanın
mənzərəsinə onun rəsmlərində baxırsan
və deyirsən - o mənzərəyə mən də
baxmışam, amma həmin gözəlliyi bəs niyə
görməmişəm? Amma Səttar o gözəlliyi
görüb və ora öz daxili gözəlliyini,
vüqarını da daxil edib. Foto prinsipində deyil ki, gedib
onu fotoqraf kimi çəksin. Öz daxilindən buraxaraq
həmin o mənzərəni yaradıb. Eyni vaxtda
görünən mənzərə Səttarın
şəklindəki mənzərə deyil. Həmin tablolarda
həm təbii oxşarlıq var, həm də Səttar var.
Həm də bilirsiniz, bu dahilərin məsələsi,
dahilər problemidir.
Qarşıdan
Səttarın 100 illiyi gəlir. Bu dahi sənətkarı
xatırlamaq, onun haqqında dönə-dönə danışmaq,
yazmaq - dostlarının, sənət yoldaşlarının,
tədqiqatçıların, qələm əhlinin
övladlıq borcu olmalıdır. Səttar ruh kimi daim
aramızda, Azərbaycan təbiəti qoynunda dolaşır.
Xalq qəzeti.- 2008.- 1 mart.- S. 7.