Naxçıvanda əl işlərindən
ibarət sərgi
Naxçıvanda
ahıl və əlil vətəndaşların əl
işlərindən ibarət satış sərgisi
təşkil olunub. MR Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata
görə, sərginin təşkili regionda bu qəbildən
olan insanların məşğuliyyətini təmin etmək
və maddi vəziyyətini yaxşılaşdırmaq
məqsədi daşıyır. Dünən rəsmi
səviyyədə sərginin açılışı
keçirilib. Tədbirdə çıxış edən
Naxçıvan MR-in əmək və əhalinin sosial
müdafiəsi naziri Cavid Səfərov bölgədə
ahıl və əlillərin sosial müdafiəsi
istiqamətində görülən işlərdən
danışıb, son üç ayda 53 əlil və ahıl
vətəndaşla müqavilə
bağlandığını, toxunan 5200 ədəd yun
corabın müxtəlif hərbi hissələrə
göndərildiyini bildirib. MR Rəssamlar Birliyinin
B.Kəngərli adına sərgi salonunda baş tutan
satış sərgisinə 17 əlilin 82 adda rəsm əsəri,
23 ahılın 32 əl işi çıxarılıb.
Sərgi həftə sonunadək davam edəcək.
Palitra.- 2008.- 12 mart.- S. 2.