Əziz qadınlar, bayramınız mübarək!

 

Azərbaycan Respublikası Mədəniyyət Turizm

Nazirliyinin 8 Mart Beynəlxalq Qadınlar Günü

münasibətilə təbriki

 

Əziz hörmətli xanımlar!

 

Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirik.

Bu gün hamıya aydındır ki, siz dövlətimizin inkişafında çox önəmli rol oynayırsınız. Ölkəmizin istər rəsmi strukturlarını, istərsə cəmiyyətin digər sahələrini sizsiz təsəvvür etmək mümkün deyil.

Mahiyyətcə daha ortaq, daha milli bəşəri olan mədəniyyət vo turizm sahəsində siz bütöv bir ordu toşkil edirsiniz. Hər biriniz bu nəhəng ümumxalq meydanında böyük mədəniyyətimizin "ev yiyəsi", hələ təzə-təzə dil açan turizmimizin "ana dili"siniz.

Əziz qadınlarımız!

Siz öz zərif əlləriniz, həssas düşüncələriniz, istedadınız gözəlliyinizlə mədəniyyətimizi gündən-günə gözəlləşdirirsiniz.

Sizi bayram münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımızı bildiririk. Qoy əlləriniz güllərdən, çiçəklərdən ağır yük görməsin!

 

Mədəniyyət.- 2008.- 8 mart.- S. 1.