Rəsul G.
İstanbulda
karikaturçularımızın
əsərləri
sərgilənib
Türkiyənin
İstanbul şəhərindəki Karikatur Muzeyində
"Azərbaycan karikaturu dünən və bu gün"
mövzusunda sərgi açılıb. Azərbaycan
Karikaturçu Rəssamlar Birliyiain İdarə
Heyətindən verilən məlumata görə, sərginin
keçirilməsində məqsəd 100 ildən artıq
tarixi olan Azərbaycan karikaturu, eləcə də bu
sahədə çalışan rəssamlanmızın
yaradıcılığı ilə türkiyəli
karikaturçuları ətraflı tanış etməkdir.
İstanbul Böyükşəhər Bələdiyyəsi,
Mədəniyyət və Sosial İşlər Dairə
Nazirliyi Mədəniyyət Müdirliyinin
təşkilatçılığı və Azərbaycan
Karikaturçu Rəssamlar Birliyinin köməkliyi ilə
keçirilən sərgidə Bayram Hacızadənin
"Azərbaycan Karikaturu dünən və bu gün"
kitabında toplanmış əsərlər nümayiş etdirilir.
Qeyd edək ki, 100 illik bir dövrü əhatə edən
həmin kitabda “Molla Nəsrəddin”in ilk karikaturçu
rəssamları Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadədən
tutmuş, müasir gənc rəssamların
əsərlərinə qədər yüzdən çox
karikatur yerləşdirilib. Tədbir
çərçivəsində layihənin rəhbəri,
Türkiyə karikatur sənətinin ağsaqqalı
sayılan Yurdagün Göker "Azərbaycan Karikaturu dünən
və bu gün" mövzusunda geniş konfrans da
keçirib. Qeyd edək ki, 25 gün davam edəcək sərginin
Türkiyənin digər şəhərlərində də
keçiriləcəyi gözlənilir. Ölkə
xaricində karikatur tariximizdə ilk belə karikatur
sərgisinin təşkilindən qürur duyduğunu dilə
gətirən Bayram Hacızadə bizimlə söhbətində
bu ilin aprel ayında ölkəmizdə keçiriləcək
1-ci Beynəlxalq "Molla Nəsrəddin. Azərbaycan
-2008" karikatur müsabiqəsi ilə əlaqədar
sərgidə iştirak edə bilməməsindən
təəssüfləndiyini dilə gətirdi. Onun
sözlərinə görə, bu sərgiyə
ölkəmizin Türkiyədəki səfirliyinin
əməkdaşları qatılıblar. Son illər
beynəlxalq müsabiqə və festivallarda rəssamlarımızın
uğurlu iştirakından söz açan
həmsöhbətimiz bu gün Azərbaycan karikaturunun
artıq dünyanın maraq dairəsində olduğunu dedi.
Onun sözlərinə görə, artıq Misir, Belçika,
Quzey Kıbrıs Türk Cümhuriyyətində də
belə sərgilərin keçirilməsi nəzərdə
tutulub.
Zaman.- 2008.- 6-7 mart.- S. 13.