AzərTAcn fotomüxbiri beynəlxalq müsabiqədə növbəti dəfə qələbə qazanmışdır

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın fotomüxbiri İlqar Cəfərovun işləri Moskvada Dövlət Darvin Muzeyinin təşkil etdiyi "Analıq" müsabiqəsinin qalibi olmuşdur. Azərbaycan fotoqrafının "Üçəmlərin anası" və "Gənc analar" fotoları ən yaxşı işlər sayılmışdır. Müsabiqənin 10 qalibinin işləri muzeydə təşkil olunacaq "Ana və uşaq" sərgisində nümayiş etdiriləcəkdir.

Xatırladaq ki, bu, AzərTAc-ın müxbirinin beynəlxalq müsabiqədə artıq beşinci qələbəsidir.

 

Respublika.- 2008.- 7 mart.- S. 8,