"Əsrlərdən qalan gözəllik"

 

Dünən Səttar Bəhlulzadə adına Sərgi salonunda təşkil edilmiş sərgi belə adlanırdı. 3 istedadlı gəncin - Naina İbrahimova, Asiyat Fətullayeva və Fazilə Rəcəbovanın 2 illik zəhmətinin bəhrəsi olan sərgi istedadlı aktrisa, foto-model N.İbrahimovanın ilk dəfə həm müəllim, həm də aktyorluq məharətini, plastik rejissorluq bacarığından istifadə etməklə foto yaradıcılığını əks etdirir.

Bu çətin işin öhdəsindən uğurla gələn müəllif izləyiciləri təəccübləndirə bildi. Bunu sərgiyə qatılan çoxsaylı qonaqlar - Fərhad Bədəlbəyli, Vaqif Gərayzadə və digər tanınmış şəxslər, o cümlədən adi tamaşaçılar da bir daha təsdiqlədi.

8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bu sərgi bir qadının bütün qadınlara hədiyyəsi kimi də qəbul oluna bilər.

 

Mədəniyyət.- 2008.- 8 mart.- S. 2.